Prezidentin mətbuat xidmətinin məlumatı

 

Mayın 15-də Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Gürcüstan Prezidenti Azərbaycan nümayəndələrinin Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Eurovision-2011" müsabiqəsində qələbəsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırmış bu hadisənin Gürcüstanda böyük sevinclə qarşılandığını vurğulamışdır.

Dövlətimizin başçısı göstərilən diqqətə təbrikə görə Gürcüstan Prezidentinə minnətdarlığını bildirmişdir.

Dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə etmişlər.

 

 

Azərbaycan.- 2011.-17 may.- S. 1.