Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın müdafiə
naziri Baçana Axalayanı qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Gürcüstanın müdafiə naziri Baçana Axalayanı qəbul etmişdir.
Nazir Baçana Axalaya Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, müdafiə sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2011.-17 may.- S. 2.