Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın regional inkişaf infrastruktur naziri Ramaz Nikolaşvililini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Gürcüstanın regional inkişaf infrastruktur naziri Ramaz Nikolaşvililini qəbul etmişdir.

Görüşdə ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən regional inkişaf infrastruktur sahəsində uğurlu əməkdaşlığından məmnunluq ifadə olundu. Azərbaycan ilə Gürcüstan arasında həyata keçirilən müxtəlif layihələr, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-17 may.- S. 2.