"Eurovision"un icraçı direktoru Jon Ola
Sand ev sahibliyini
təsdiqləyən sənədi
Azərbaycan nümayəndə
heyətinə təqdim
etmişdir
"Eurovision" müsabiqəsinin
icraçı direktoru
Jon Ola Sand
Düsseldorfda Azərbaycanı
qalibiyyət münasibətilə
təbrik edərək
növbəti ildə
ölkəmizin bu yarışmanı yüksək
səviyyədə təşkil
edəcəyinə əminliyini
bildirmişdir. AzərTAc
xəbər verir ki, icraçı direktor ölkəmizin
"Eurovision-2012" mahnı müsabiqəsində ev sahibliyini təsdiqləyən
sənədi Azərbaycanın
"Eurovision" müsabiqəsi
üzrə nümayəndə
heyətinin rəhbəri
Adil Kərimliyə təqdim etmişdir.
Jon Ola Sand
Odlar diyarına bu məsuliyyətli işdə uğurlar arzulamış və bütün Azərbaycan xalqını qələbə
münasibətilə bir
daha təbrik etmişdir.
Adil Kərimli qələbə sevincini bölüşərək bildirmişdir
ki, bu, inanılmaz
bir hissdir. O, Azərbaycanın 2012-ci ildə
bu müsabiqəni yüksək səviyyədə
təşkil edəcəyini
vurğulamışdır. Qeyd etmişdir ki, müsabiqədə iştirakımız boyu Azərbaycan Prezidenti İlham Əliyev hər zaman bizə dəstək olmuşdur. Bu diqqət və qayğısına görə
Prezidentimizə minnətdarıq.
A.Kərimli demişdir ki, yaxın vaxtlarda "Eurovision-2012" mahnı
müsabiqəsinə hazırlıq
mərhələsinə başlanılacaqdır.
Avropanın ən böyük
musiqi şousunda
4-cü dəfə iştirak
etməyimizə baxmayaraq
Azərbaycanın birincilik
qazanmasının inanılmaz
nailiyyət olmasını
vurğulayan A.Kərimli,
bu qələbəni ölkəmizin müsabiqəyə
ciddi hazırlığı
ilə əlaqələndirmişdir.
Azərbaycan.- 2011.-17 may.- S. 3.