"Eurovision - 2011"-də Azərbaycan təmsilçiləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər

 

Mayın 16-da "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycana birincilik qazandıran Eldar Qasımov Nigar Camal ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan sarayın qarşısındakı parkda ulu öndərin abidəsini ziyarət etmişlər. Abidənin önünə gül dəstələri qoyulmuşdur.

AzərTAc xəbər verir ki, Azərbaycanı müsabiqədə layiqincə təmsil edən cütlüyü parkda ictimaiyyət nümayəndələri, tələbələr əllərində bayraqlar, gül-çiçəklərlə böyük sevinc fəxarətlə qarşılamışlar.

Təmsilçilərimiz ictimaiyyətə üz tutaraq bu neçə ay ərzində onlara daim dəstək olduqlarına görə minnətdarlıqlarını bildirmişlər.

Eldar Qasımov Nigar Camal hərarətli alqışlarla yola salınmışdır.

Gənclər İdman Nazirliyinin nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri, Milli Məclisin deputatları da qaliblərlə birlikdə olmuşlar.

 

 

Azərbaycan.- 2011.-17 may.- S. 3.