Hulusi Kılıç: "Eurovision-2011" müsabiqəsindəki müvəffəqiyyət təkcə Azərbaycana deyil, bütün türk dünyasına böyük qürur sevinc yaşatmışdır

 

Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç "Eurovision-2011" mahnı müsabiqəsində qələbə münasibətilə Azərbaycan xalqını təbrik etmişdir.

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyindən AzərTAc-a bildirmişlər ki, diplomat mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilmiş 56-cı "Eurovision" mahnı müsabiqəsində "Ell Nikki" qrupunun qazandığı parlaq qələbə münasibətilə Azərbaycanı böyük sevinc hissi ilə səmimi qəlbdən təbrik etmişdir.

Qrupun üzvlərini bu müvəffəqiyyətdə əməyi olan bütün səlahiyyətli şəxsləri təbrik edən səfir vurğulamışdır ki, bu müvəffəqiyyət təkcə Azərbaycana deyil, bütün türk dünyasına böyük qürur sevinc yaşatmışdır. Səsvermə nəticələrinin açıqlanmasından sonra qrup üzvlərinin tamaşaçıları Türkiyə Azərbaycan bayraqları ilə salamlaması "Bir millət, iki dövlət" "Sevincimiz ilə kədərimizin ortaq olduğu" ifadələrinin doğruluğunu dünya ictimaiyyətinə bir daha sübut etmişdir.

 

 

Azərbaycan.- 2011.-17 may.- S. 3.