Sosial müdafiə tədbirlərində şəffaflıq artırılır

 

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan struktur islahatlarının nəticələrindən biri kimi, nazirliyin müvafiq bölmələrinin bazası əsasında Dövlət Sosial Təminat Xidməti Sosial Təminat Siyasəti şöbəsi yaradılıb. Bu günlərdə nazir Fizuli Ələkbərovun iştirakı ilə nazirlikdə keçirilən iclasda sözügedən yeni qurumların fəaliyyət prinsipləri onların qarşısında duran vəzifələr geniş müzakirə olunub.

Nazir Fizuli Ələkbərov aztəminatlı vətəndaşlara dövlət qayğısının çatdırılması sahəsində müasir tələblərə uyğun, effektli mexanizmlərinin qurulmasının, nəticə etibarilə əhaliyə göstərilən xidmətin səviyyəsinin daha da yaxşılaşdırılmasının qarşıda duran əsas vəzifələrdən olduğunu, nazirlikdə aparılmış struktur dəyişikliklərinin bu istiqamətdə ciddi dönüş yaradacağına əminliyini bildirib.

İclasda Dövlət Sosial Təminat Xidmətinin Sosial Təminat Siyasəti şöbəsinin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində görülən işlər sosial müdafiə tədbirlərində şəffaflığın ictimai nəzarətin artırılması üçün bir qədər öncə nazirlikdə QHT-lərdən ibarət yaradılan İctimai Şuranın tərkibi mexanizmi haqqında məlumat verilib.

İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 600-dən çox vətəndaş cəmiyyəti institutunu özündə birləşdirən QHT Milli Forumunun nümayəndələrinin təmsil olunduğu Şurada artıq nazirliyin

4 fəaliyyət istiqaməti üzrə işçi qrupları yaradılıb. İclasda yoxsul ailələrin aktiv sosial müdafiə tədbirlərinə cəlb olunmasına xidmət edən özünədəstək layihəsinin tətbiqi sahəsində görülən işlər onların nəticələri barədə məlumat verilərək bu yeni layihənin aztəminatlı ailələr tərəfindən maraqla razılıq hissi ilə qarşılandığı vurğulanıb. Eyni zamanda, ölkədə həyat səviyyəsinin təhlili, həmçinin sosial proqramların icrası sahəsində vəziyyətin öyrənilməsi məqsədilə Dünya Bankı tərəfindən 7000-dək ev təsərrüfatını əhatə edəcək yeni monitorinqə start verildiyi bildirilib.

İclasda nazir Fizuli Ələkbərov ilkin olaraq bir neçə rayonda sınaq işlərinin aparıldığı özünədəstək layihəsinin gələn ildən bütün ölkədə icra edilməsi üçün hazırlıq işlərinin sürətləndirilməsi, nazirliyin tabeçiliyində fəaliyyət göstərən təmirə ehtiyacı olan sosial obyektlərin əsaslı təmiri sosial xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində göstərişlər verib. Nazir yetkinlik yaşına çatmayan uşaqların sosial reabilitasiyasına diqqətin artırılması, Dünya Bankı tərəfindən aparılan yeni monitorinqə lazımi dəstək verilməsi, həyata keçirilən tədbirlər barədə əhalinin daha geniş məlumatlandırılması üçün təbliğat strategiyasının hazırlanması, ictimaiyyətlə əlaqələr sahəsində işlərin gücləndirilməsi, bu sahədə fəaliyyətin daha effektli təşkili barədə tapşırıqlar verib.

 

 

Azərbaycan.- 2011.-17 may.- S. 6.