Azərbaycanda gənclərin inkişafının təmin edilməsi üçün ardıcıl işlər aparılır

 

Azərbaycanda gənclərin inkişafının təmin edilməsi üçün ardıcıl işlər aparılır.

AzərTAc xəbər verir ki, bu sözləri mayın 16-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev həmkarlar ittifaqlarının üzvü olan bir qrup gənc ilə görüşündə demişdir.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin cari il aprelin 6-da imzaladığı "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncamdan irəli gələn işlər, onların icrası ilə bağlı məsələlər müzakirə olunmuşdur. S.Mehbalıyev Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən, bunun nəticəsində əldə olunmuş nailiyyətlərdən danışmışdır.

AHİK sədri bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ulu öndərin ideyaları reallığa çevrilmişdir. Azərbaycanda gənclərin təhsil, sosial müdafiə işlə təminatı sahələrində atılan məqsədyönlü addımlar onların imkanlarını genişləndirmişdir. Respublikada yeni yerlərinin açılması, tələbələrin təqaüdlərinin gənclərin xaricdə təhsil imkanlarının artırılması dövlətimizin gənclərlə bağlı siyasətinin prioritet istiqamətlərindən biridir.

S.Mehbalıyev AHİK-in gənclər siyasətindən danışmışdır. O bildirmişdir ki, bu gün həmkarlar ittifaqları öz sıralarında 300 mindən artıq gənci birləşdirir. Gənclərin hüquq mənafelərinin müdafiə olunması, onların üzvlüyə cəlb edilməsi, işəgötürənlər tərəfindən hüquqlarının qorunması, sağlam ruhda böyüməsi AHİK-in gənclərlə bağlı fəaliyyətinin əsasını təşkil edir.

Ali məktəblərin həmkarlar təşkilatlarının üzvləri Azərbaycanda gənclərə göstərilən diqqət qayğıdan, həyata keçirilən dövlət proqramlarından onların icrası ilə bağlı görülən işlərdən danışmışlar. Onlar Prezident İlham Əliyevin daxili xarici siyasətini dəstəklədiklərini onun ətrafında sıx birləşdiklərini bildirmişlər.

Sonda gənclər adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Görüşdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, AHİK həmkarlar ittifaqlarının üzvləri iştirak etmişlər.

 

 

Azərbaycan.- 2011.-17 may.- S. 6.