Dövlət başçılarının
geniş tərkibdə
danışıqları
Mayın 17-də təkbətək
görüş başa
çatdıqdan sonra
Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiya Prezidenti Vatslav Klausun nümayəndə heyətlərinin iştirakı
ilə geniş tərkibdə danışıqları
olmuşdur.
Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüşün iştirakçılarına müraciətlə dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Mən Sizi bir daha
Azərbaycanda salamlamaq
istəyirəm.
Bu, Sizin ölkəmizə
ilk səfərinizdir. Əminəm ki, səfər çox uğurlu olacaqdır. Biz gündəliyimizdə olan
müxtəlif mövzular,
ikitərəfli münasibətlərimizə,
o cümlədən Avropa
İttifaqı ilə
Azərbaycan arasında
tərəfdaşlığa aid çox yaxşı müzakirələr apardıq.
Əminəm ki, səfər və onun nəticələri
əlaqələrimizi daha
da gücləndirəcəkdir. Biz ölkələrimiz arasında
ikitərəfli münasibətlərə
olduqca böyük əhəmiyyət veririk.
Əlaqələrimiz çox uğurla
inkişaf edir. Yüksək
səviyyəli nümayəndə
heyətlərinin bir çox səfərləri
həyata keçirilmişdir.
Əlbəttə ki, cənab
Prezidentin rəsmi səfəri münasibətlərimizin
ən vacib məqamıdır. Əminəm ki, səfər əməkdaşlığımızın siyasi, iqtisadi, mədəni və enerji sahələrində
olduqca fəal şəkildə inkişafı
ilə nəticələnəcəkdir.
Bir sözlə, ikitərəfli
gündəliyimiz kifayət
qədər genişdir.
Ümid edirik ki, səfər
nəticəsində ölkələrimizin
işgüzar dairələri
bir yerə toplaşacaqlar və birgə biznes aparmaq imkanlarını araşdıracaqlar.
Mən Sizi bir daha
salamlayıram və çox şadam ki, proqramınız çərçivəsində Siz Azərbaycan rayonlarının birinə
səfər edəcəksiniz. Vacibdir ki, nəinki paytaxtla, o cümlədən
regional inkişafla da
Bir daha xoş gəlmisiniz.
* * *
Çexiya Prezidenti
Vatslav KLAUS səmimi
qəbul üçün
minnətdarlığını bildirərək dedi:
- Sağ
olun, cənab Prezident!
Mən artıq
öncə Sizə dedim və yeri
gəlmişkən onu
deməliyəm ki, biz
cənab Prezidentlə
artıq bütün problemləri həll etmişik. Yenidən davam etməyə,
məncə, ehtiyac yoxdur. Bizim dostluq mühitində
keçmiş intensiv
və səmərəli
danışıqlarımız olub.
Mən sadəcə təkrar etmək istəyirəm ki, dəvətə görə Sizə dərin təşəkkürümü
bildirirəm. Bu səfərə
artıq uzun müddət idi ki, hazırlaşırdım.
Hesab etdim ki, əgər
dünyanın bu bölgəsinə, bu regiona və bu ölkəyə səfər etməsəm,
onda gündəliyim dolğun olmazdı.
Biz o faktı
dəyərləndiririk ki,
ölkələrimiz arasında
münasibətlər son bir
neçə il ərzində daha da intensivləşir.
Bir sıra siyasətçilərin və
iş adamlarının
həyata keçirilmiş
səfərləri çox
müsbət haldır.
Ümid etmək istəyirəm ki, bu gün
imzalanacaq sənədlər
əməkdaşlığımıza əlavə təkan verəcəkdir.
AzərTAc
Azərbaycan.- 2011.-18 may.- S. 1, 2.