E.P.Qasımovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Eurovision-2011" mahnı müsabiqəsində qazandığı qələbəyə görə Eldar Pərviz oğlu Qasımov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2011-ci il

 

Azərbaycan.- 2011.- 18 may.- S.  4.