Şəhidlərin xatirəsinə ehtiram

 

Mayın 17-də ölkəmizdə rəsmi səfərdə olan Çexiya Respublikasının Prezidenti Vatslav Klaus Azərbaycanın azadlığı ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman oğul qızlarımızın uyuduğu Şəhidlər xiyabanını ziyarət etmişdir.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Çexiya Prezidenti Vatslav Klaus "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Çexiyanın Azərbaycanın dövlət himnləri səsləndi.

Sonra Çexiya dövlətinin başçısı Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etdi. Ali qonağa paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 18 may.- S. 5.