Mərkəzi Seçki Komissiyası vahid seçicilər siyahısının
yenidən tərtib edilməsi prosesinə yekun vurur
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyası yanvar ayından başlanmış
ölkə üzrə
vahid seçicilər
siyahısının yenidən
tərtib edilməsi prosesinə yekun vurmaq üzrədir.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər
ki, seçicilərin
daimi siyahısı yanvar ayından başlayaraq məntəqə
seçki komissiyaları
tərəfindən müvafiq
seçki məntəqələri
üzrə yenidən
tərtib edilərək
fevralın 5-dək dairə
seçki komissiyalarına
verilmişdir. DSK-lar isə martın 5-dək seçki dairələri üzrə seçici siyahılarını tərtib
edərək aprelin
5-dək Mərkəzi Seçki
Komissiyasına təhvil
vermişdir. Prosesdə
yerli icra hakimiyyəti orqanlarının,
bələdiyyə qurumlarının
da köməyindən
istifadə olunmuşdur.
Aprelin
5-dən etibarən isə
Azərbaycan Respublikası
üzrə seçicilərin
siyahısı Mərkəzi
Seçki Komissiyası
tərəfindən dövlət
avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yenidən
tərtib edilir. İlin əvvəlindən
başlayaraq davamlı
olaraq aparılan bu irimiqyaslı proses artıq yekunlaşmaq üzrədir.
Ölkə üzrə
seçici siyahılarının
yenidən tərtib edilməsi prosesinə mayın 18-də MSK tərəfindən
yekun vurulacaqdır. Bundan sonra vahid
seçicilər siyahısı
rəsmi sənəd statusu alacaq və komissiyanın rəsmi internet səhifəsində yerləşdirilərək
ictimailəşdiriləcəkdir.
Mərkəzi Seçki Komissiyasının üzvləri
mayın 18-də saat
15.30-da MSK-nın inzibati
binasında vahid seçicilər siyahısının
yenidən tərtib edilməsinin texniki qaydaları ilə tanış olacaqlar. Saat 16.00-da isə komissiya bu prosesin
yekunlaşmasına həsr
olunmuş iclas keçirəcəkdir.
Hər iki tədbirdə
KİV nümayəndələri, beynəlxalq qurumların və xarici ölkələrin respublikamızdakı
təmsilçiləri də
iştirak edə biləcəklər.
Azərbaycan.- 2011.-18 may.- S. 8.