Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 32-ci maddəsinə əsasən, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 316-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması ilə bağlı sorğusuna baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.

Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 3-nə təyin edilmiş iclasında baxılacaqdır.

 

 

Azərbaycan.- 2011.-18 may.- S. 8.