Korrupsiyaya qarşı mübarizə sahəsində kompleks tədbirlər davam etdirilir

 

Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə sahəsində aparılan ardıcıl məqsədyönlü işlər çərçivəsində son aylar ərzində bır sıra mühüm normativ hüquqi aktlar qəbul edilmiş, zəruri institusional tədbirlər həyata keçirilməkdədir.

Respublika Prokurorluğunun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycanın güclü iqtisadi inkişafından qaynaqlanan amillərlə əlaqədar korrupsiyaya qarşı mübarizə üsullarının da təkmilləşdirilməsi zərurəti yaranmışdır.

Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin daha ciddi aparılması üçün son vaxtlarda həyata keçirilmiş tədbirlər prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən yüksək etimadın təzahürüdür.

Belə ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində vətəndaşların müraciətlərinin qəbulu işinin təkmilləşdirilməsi üçün zəruri işlər davam etdirilərək, korrupsiya hüquqpozmaları barədə vətəndaşların müraciətlərinin qəbul edilməsi operativ baxılmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi yaradılmış martın 3-dən fəaliyyətə başlamışdır.

Azərbaycan Prezidentinin 2011-ci il 11 mart tarixli "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə bir sıra tədbirlər haqqında" fərmanına əsasən idarənin prokurorluq işçilərinin ümumi say tərkibi 60 ştat vahidi artırılmış, Nazirlər Kabinetinə bir ay müddətində idarənin prokurorluq işçilərinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması, maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlər görülməsi tapşırılmışdır.

Milli Məclis tərəfindən martın 18-də "Əməliyyat-axtarış fəaliyyəti haqqında" "Prokurorluq haqqında" qanunlara dəyişikliklər edilərək MDB məkanında, habelə Azərbaycan Prokurorluğunun tarixində ilk dəfə olaraq ixtisaslaşmış antikorrupsiya qurumu olan Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətləri verilmiş, korrupsiya ilə bağlı əməliyyat-axtarış tədbirlərinin yalnız idarə tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir.

Azərbaycan Prezidentinin 2011-ci il 8 aprel tarixli fərmanı ilə Nazirlər Kabinetinə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri digər informasiya resursları) real vaxt rejimində istifadəsinin təmin edilməsi məqsədi ilə müvafiq normativ-hüquqi aktlara dəyişikliklər edilməsi barədə təkliflərini dövlət başçısına təqdim etmək vəzifəsi tapşırılmışdır.

Eyni zamanda, dövlət başçısının qeyd olunan 2011-ci il 10 may tarixli fərmanları ilə idarənin əsasnaməsində dəyişikliklər edilərək həmin idarəyə korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi açılması məqsədilə "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunda nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, zərurət yarandıqda bu sahədə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinə tapşırılması görülmüş tədbirlər barədə məlumat almaq, korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan məlumatlar üzrə ilkin yoxlamanın aparılması ya korrupsiya ilə bağlı cinayətlərin istintaqı zamanı müxtəlif peşə sahələrində xüsusi biliyə malik şəxslərdən istifadə etməklə fiziki ya hüquqi şəxslərin fəaliyyətinin yoxlanması məqsədi ilə idarəyə mütəxəssislər qrupunun yaradılması səlahiyyəti verilmişdir.

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində qeyd olunan normativ-hüquqi aktlardan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün mayın 12-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin strukturunun təkmilləşdirilməsi, idarənin tərkibində olan struktur qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında Baş Prokurorluq üzrə müvafiq əmr imzalanmışdır.

Həmin əmrə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin artan yükü şəraitində işinin çevik təşkil olunması, səmərəli nəzarət mexanizminin yaradılması, idarənin qoşulması nəzərdə tutulan digər dövlət qeyri-dövlət qurumlarının məlumat bazaları, informasiya sistemləri reyestrlərindən lazımi məlumatların əldə edilməsi, bu məlumatların əldə olunmasına dair idarə əməkdaşlarından daxil olmuş müraciətlərin əsaslılığına nəzarət, mürəkkəb korrupsiya hüquqpozmalarının ilkin araşdırılması müxtəlif sahələri əhatə edən çoxepizodlu cinayət işlərinin istintaqı zamanı vaxt itkisinin qarşısının alınması, cinayət təqibinin tezliyinin təmin olunması üçün prokuror müstəntiqlərə müvafiq qanunvericilik aktlarının axtarılıb tapılması təmin olunmasında metodiki kömək göstərilməsi məqsədilə təşkilati informasiya təminatı şöbəsi yaradılmışdır.

Həmçinin idarənin səlahiyyətləri çərçivəsində əməliyyat-axtarış tədbirlərinin hazırlanıb həyata keçirilməsi, korrupsiya cinayətləri törətmiş şəxslərin axtarışı, tutulması, korrupsiya cinayətlərinin istintaqı, habelə həmin işlərin məhkəmə baxışı zamanı cinayət prosesi iştirakçılarının təhlükəsizliyi onlara qanunsuz təsirin qarşısının alınması digər vəzifələrin həyata keçirilməsi məqsədi ilə əməliyyat şöbəsi bu fəaliyyətin həyata keçirilməsinin texniki cəhətdən təmin olunması məqsədi ilə əməliyyat təminatı şöbəsi təsis edilmişdir.

İdarənin 5 ildən artıq müddət ərzindəki fəaliyyətinin təhlili korrupsiya ilə effektiv mübarizəni inzibati iqtisadi metodların vəhdətində görən dövlət başçısı İlham Əliyevin uzaqgörənliklə söylədiyi fikirləri bir daha təsdiqləməklə mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı (preventiv) tədbirlərin mühüm əhəmiyyət daşıdığını göstərmişdir. İnformasiya təminatı ilə əlaqədar işlərin yeni yaradılmış təşkilati informasiya təminatı şöbəsi tərəfindən həyata keçiriləcəyi, habelə korrupsiyaya qarşı mübarizə sahəsində qabaqlayıcı tədbirlərin xüsusi rolu korrupsiya hüquqpozmaları üzrə ilkin araşdırmalar aparılması nəzərə alınaraq idarənin analitik-informasiya şöbəsi ləğv edilməklə, onun bazasında preventiv tədbirlər təhqiqat şöbəsi yaradılmışdır.

Korrupsiya hüquqpozmalarının ilkin araşdırılması istintaqının çoxsaylı istiqamətlər üzrə aparılması, müxtəlif peşə sahələri ilə əlaqədar icraatda olan ilkin araşdırma materialları, həmçinin cinayət işləri üzrə prokurorlara müstəntiqlərə ixtisaslı məsləhətlər və tövsiyələr verilməsi bu sahədə yoxlamalar aparılması, eləcə rəy tərtib edilməsi məqsədi ilə idarədə şöbə səlahiyyətli mütəxəssislər qrupu yaradılmışdır.

Prokurorluq orqanlarında korrupsiya ilə bağlı cinayətlərin, həmçinin korrupsiya hüquqpozmalarının qarşısının alınması, aşkar edilməsi açılması, həmçinin cinayət işinin başlanmasını istintaqın aparılmasını təmin etmək, idarədə yerlərinin orada yerləşən texniki vasitələrin məlumat sızmasından qorunması, habelə məlumat çıxarılması üçün istifadə olunan vasitələrin aşkarlanması onların zərərsizləşdirilməsi məqsədi ilə tədbirlərin görülməsi müasir şəraitdə digər fəaliyyət istiqamətlərinə uyğun olaraq idarənin daxili təhqiqatlar şöbəsi ləğv edilərək onun bazasında daxili təhlükəsizlik xidməti təsis edilmişdir.

Qeyd olunanlara əsasən, idarənin təcrübəli kadrlarla daha da gücləndirilməsi məqsədi ilə rəhbər heyət digər təsnifatlar üzrə təyinatlar aparılmış, rotasiya qaydasında müvafiq dəyişikliklər həyata keçirilmişdir.

 

 

Azərbaycan.- 2011.-18 may.- S. 9.