Dubayda çıxan
"Əl-Bəyan" qəzetində
"Azərbaycan Respublika
Gününü bayram
edir" başlıqlı
məqalə dərc edilmişdir
Dubayda çıxan "Əl-Bəyan" qəzetinin
2011-ci il 17 may tarixli sayında "Azərbaycan Respublika gününü bayram edir" başlıqlı
məqalə dərc edilmişdir.
Birləşmiş Ərəb Əmirliklərinin
Dubay Əmirliyindəki
"Azərbaycan" Cəmiyyətindən
AzərTAc-a bildirmişlər
ki, məqalədə
ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və
28 May - Respublika Günü münasibətilə
keçirilmiş tədbirdən
bəhs edilir.
Bildirilir ki, dünyanın hər tərəfində olduğu
kimi, BƏƏ-də
yaşayan Azərbaycan
diasporu da Azərbaycan müstəqilliyinin
20-ci ildönümünü qeyd etmişdir.
Məqalədə deyilir ki, Azərbaycan diasporunun rəhbəri Samir İmanov tədbirdə çıxış
etmişdir. O bildirmişdir
ki, 1918-ci il mayın 28-də Azərbaycan
dövlət müstəqilliyini
elan etmişdir. Bu müstəqillik 23 ay çəksə də, bu qısa
dövr ərzində
Azərbaycan xalqı parlaq bir mərhələ
yaşamış, xarici
müdaxilə və ya dominantlıq olmadan müstəqil siyasət həyata keçirmişdir.
Yazıda daha sonra deyilir
ki, 1920-ci ilin aprel ayında keçmiş qırmızı
ordu Azərbaycana daxil olduqdan sonra ölkədə sovet hakimiyyəti qurulmuş və 1991-ci ilin oktyabr ayına
qədər Azərbaycan
SSRİ-nin tərkibində
qalmışdır. 1991-ci ildə
Sovet İttifaqının
dağılmasından sonra
Azərbaycan öz suverenliyini bəyan etmişdir.
Beləliklə, Azərbaycan
1920-ci ildə itirdiyi müstəqilliyini bərpa
etmiş və müasir tarixinin yeni bir dövrünə
qədəm qoymuşdur.
Məqalədə qeyd edilir ki, Azərbaycanın
əsas strateji sərvətlərindən sayılan
neftin kəşfiyyatı,
hasilatı və nəqli sahəsində dünyanın ən nəhəng şirkətləri
ilə müqavilələr
bağlamışdır.
Azərbaycan.- 2011.-18 may.- S. 10.