Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin ictnews.az saytı istifadəyə verilmişdir

 

Bu barədə məlumat verən RİTN-in mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirmişdir ki, son illər internetdə yaranan xəbəryönümlü saytlarının sayı sürətlə artmaqdadır. Online media ənənəvi çap mediasını bir sıra üstünlüklərinə görə qabaqlayır ki, bunlardan da birincisi ən əhəmiyyətlisi beynəlxalq sferada təmsil etdiyi dövlətin mənafelərinin qorunmasıdır. Sirr deyildir ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"nın reallaşması ölkədə müxtəlif sahələrin, o cümlədən KİV-lərin fəaliyyətinə kəmiyyət keyfiyyət baxımından müsbət təsir göstərməkdədir. Xatırladım ki, sözügedən proqrama peyk rabitəsi texnologiyalarının xidmətlərinin inkişaf etdirilməsi, radio-televiziya, o cümlədən rəqəmli televiziya yayımının genişləndirilməsi, internetin milli seqmentinin infrastrukturunun inkişaf etdirilməsi, milli informasiya resurslarının formalaşdırılması, Azərbaycan dilinin milli elektron informasiya məkanında geniş tətbiqi, maddi-mədəni irsin qorunub saxlanılması təbliği üçün İKT-dən istifadənin təmin olunması, infrastrukturdan istifadənin liberallaşdırılması, azad rəqabətin təmin olunduğu İKT bazarının inkişaf etdirilməsi s. məsələlər daxildir.

Hazırda ölkədə 300-dən çox gündəlik kütləvi informasiya vasitəsinin nəşr olunması, jurnalistlərin sərbəst şəkildə informasiya toplaması, mükəmməl hüquqi bazanın formalaşdırılması ölkədə azad mətbuatın inkişafı üçün yaradılmış münbit şəraitin təzahürüdür.

Bu gün dövlət başçısının rəhbərliyi ilə Azərbaycan hakimiyyətinin kütləvi informasiya vasitələrinin inkişafı, söz mətbuat azadlığı, dünya informasiya məkanına inteqrasiyası, o cümlədən internet mediasının perspektivləri ilə bağlı mövqeyi hamıya bəllidir.

Bütün bunları nəzərə alaraq, informasiya texnologiyalarının dinamik inkişafı fonunda İKT sektoru üzrə ölkəmizdə dünyada baş verən ən son texnoloji yenilikləri daha geniş auditoriya çatdırılmasını təmin etmək üçün Azərbaycan, ingilis, rus dilində elektron xəbər xidmətinin yaradılmasını məqsədəuyğun hesab etdik.

Saytda Azərbaycanda müasir informasiya texnologiyalarının tətbiqi, informasiya cəmiyyətinin formalaşması, ölkə rabitə şəbəkəsinin vəziyyəti, baş verən yeniliklər, mövcud problemlər, respublikanın informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı, beynəlxalq rabitə sistemi, İKT sahəsində Azərbaycanda xarici ölkələrdə keçirilən beynəlxalq konfranslar, forumlar digər tədbirlər haqqında müəllif yazılarını digər aktual məsələləri əhatə edən mütəxəssis yazılarını oxumaq mümkündür. ictnews.az saytı vasitəsilə gündəlik məlumatlarla yanaşı, foto video xəbərlərin dərc olunması nəzərdə tutulmuşdur. Saytda xəbər, foto, video bölmələri üzrə məlumatların tapılması üçün geniş axtarış sistemi tətbiq olunmuşdur.

Xidmətin sosial şəbəkələrə qoşulması yolu ilə saytda dərc olunan məlumatların ictimai müzakirəsini təşkil etmək mümkündür.

Bundan başqa, istifadəçilərin birbaşa sayta ünvanladığı suallar mütəxəssislər tərəfindən müfəssəl şəkildə cavablandırılacaqdır.

Saytın əsas funksiyası informasiya çatdırmaqdır. ictnews.az daha çox yerli xəbərlərin dərc olunmasına maraqlıdır.

Saytın menyusu əhatə etdiyi mövzunun əhəmiyyətinə xarakterinə görə bölmələrə ayrılmışdır. Belə ki, RİTN bölməsində Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin əsas fəaliyyəti, nazirlikdə keçirilən görüşlər, tədbirlər xarici səfərlərlə bağlı məlumatlar yerləşdirilmişdir.

İKT bölməsi İnternet, proqram təminatı, təhlükəsizlik, mobil rabitə digər sahələri əhatə edən məlumatların yerləşdirilməsi üçün nəzərdə tutulmuşdur.

Poçt menyusu ölkədə dünyanın ayrı-ayrı ölkələrində poçt sektoru üzrə qeydə alınan yenilikləri yerləşdirmək üçün yaradılmışdır.

Texnoloji yeniliklər bölməsi isə informasiya-kommunikasiya sektoru üzrə ən son kəşfləri, maraqlı ixtiraları işıqlandırmaq üçün ayrılmışdır.

Texniki baxımdan müasir standartlara cavab verən proqram təminatı əsasında hazırlanan saytın təhlükəsizlik sisteminə təminat verilir. Saytda quraşdırılan alətlər avtomatik olaraq ən son əlavə olunan məlumatların, ən çox oxunan ən çox axtarılan xəbərlərin sistemləşdirilməsinə imkan verir. Faydalı linklər bölməsində isə İT sahəsi üzrə fəaliyyət göstərən iri şirkətlərin, təşkilat qurumların mətbu nəşrlərinin eləcə , elektron kitabxanaların veb ünvanını öyrənmək mümkündür.

Təbii ki, bütün hallarda müasir standartlara cavab verən saytın keyfiyyəti həmin təsisatın təqdim etdiyi xidmətin keyfiyyəti ilə ölçülür.

Bizim məqsədimiz auditoriyanı İKT sahəsi üzrə keyfiyyətli, maraqlı dolğun xəbərlərlə tanış etməkdir.

 

 

Azərbaycan.- 2011.-18 may.- S. 11.