Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın OMV şirkəti idarə heyətinin sədri Gerhard Roissi qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Avstriyanın OMV şirkəti idarə heyətinin sədri Gerhard Roissi qəbul etmişdir.

OMV şirkəti idarə heyətinin sədri Gerhard Roiss Avstriya Prezidenti Haynts Fişerin salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə neft qazın hasilatı, nəqli, Avropada marketinqi satışı sahəsində mümkün əməkdaşlıq, "Nabukko" layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Avstriya Prezidenti Haynts Fişerin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avstriya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-19 may.- S. 1.