Çexiya Prezidenti Səngəçal neft terminalı ilə tanış olmuşdur

 

Mayın 18-də Çexiya Respublikasının Prezidenti Vatslav Klaus xanımı Liviya Klausova Səngəçal neft terminalı ilə tanış olmuşlar.

AzərTAc xəbər verir ki, terminalla tanışlıq Xəzər Enerji Mərkəzindən başlanmışdır. Qonaqlara terminal mərkəz barədə ətraflı məlumat verilmişdir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycanın neft qaz hasilatının tarixi barədə təqdimatla çıxış etmişdir.

Bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin neft strategiyası çərçivəsində ölkəmizdə irimiqyaslı enerji layihələri həyata keçirilmişdir. Bu layihələrin təməlini qoyan ulu öndər Heydər Əliyev Azərbaycana milyard dollarlarla xarici sərmayələrin cəlb edilməsi üçün çox işlər görmüşdür. İlkin olaraq Xəzərin neft qaz yataqlarının işlənilməsi neft kəmərlərinin tikintisinə yönəldilmiş vəsaitlər sonradan digər sahələrin, xüsusilə qeyri-neft sektorunun inkişafına, iri infrastruktur layihələrinin həyata keçirilməsinə, yeni yerlərinin açılmasına şərait yaradan gəlir gətirmişdir. Keçən il Azərbaycanın neft-qaz tarixində mühüm hadisələrdən biri - Xəzər dənizində "Ümid" qaz yatağının açılması ölkəmizə olan diqqəti daha da artırmışdır. Bu gün Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilməsində artıq özünün xarici sərmayələr yatırmaq iqtidarında olmasında bunun böyük rolu vardır.

Vurğulanmışdır ki, tikintisinə 2001-ci ildə başlanmış terminalda xam neft üçün ümumi həcmi 880 min barel olan üç çən, baş nasos stansiyası, separatorlar, emal qurğuları idarəetmə məntəqəsi vardır. Buraya fiber-optik rabitə kabelləri, sahildən 187 kilometr məsafədə yerləşən dəniz yataqlarından neft qaz kəmərləri çəkilmişdir.

Ali qonağa xatirə hədiyyəsi təqdim olunmuşdur.

Sonra Çexiya Prezidenti xanımı Səngəçal terminalının ərazisini avtobusla gəzmişlər. Onlara terminaldakı texnoloji proseslər barədə ətraflı məlumat verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-19 may.- S. 4.