Əli Həsənov: Prezidentlər İlham Əliyev Dmitri Medvedev tərəfindən Azərbaycan Rusiyanın müasir münasibətlərinin təməli qoyulub

 

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov II Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində çərşənbə günü Həştərxan qubernatoru Aleksandr Jilkin Rusiya Prezidentinin Xarici ölkələrlə regionlararası mədəni əlaqələr üzrə idarəsinin rəisi Sergey Vinokurovla görüşüb.

"Prezidentlər İlham Əliyev Dmitri Medvedev tərəfindən Azərbaycan Rusiyanın müasir münasibətlərinin təməli qoyulub" deyən Əli Həsənov bildirib ki, bu əsasda biz Həştərxan forumunda gələcək addımlarımızı müzakirə edəcəyik, bizi birləşdirən məqamları tapacağıq.

"Trend"in məlumatına görə, Həştərxan vilayətinin Azərbaycanın münasibətlərindən danışan Aleksandr Jilkin onların dinamik inkişafını qeyd edərək vurğulayıb ki, hazırda Rusiya Azərbaycan ilə birgə bir sıra işgüzar, humanitar, sosial layihələr həyata keçirir. "Tərəflərin müasir münasibətləri üçün möhkəm tarixi köklər var buna görə Həştərxan Rusiya Azərbaycanın dialoqu üçün həmişə fəaliyyət göstərən meydança ola bilər" deyən qubernator qeyd edib.

Rusiya Prezidentinin Xarici ölkələrlə regionlararası mədəni əlaqələr üzrə idarəsinin rəisi Sergey Vinokurov görüşdə qeyd edib ki, Rusiya Azərbaycan arasında münasibətlər tərəfdaş, strateji xarakter daşıyır.

Sergey Vinokurov deyib: "Sözsüz ki, regionlararası əməkdaşlıq, regionların birbaşa əlaqələri getdikcə daha çox əhəmiyyət kəsb edir. Məhz buna görə biz bu forumu Həştərxanda keçiririk".

Mayın 19-da Həştərxanda "Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" mövzusunda II Rusiya-Azərbaycan regionlararası forumun açılışı olacaq. Forum çərçivəsində plenar iclas dörd "dəyirmi masa" keçiriləcək.

 

 

Azərbaycan.- 2011.-19 may.- S. 5.