Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti Hesablama Palatasında olmuşdur

 

Hesablama Palatasının sədri Heydər Əsədov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Rolan Kobianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Palatadan AzərTAc-a bildirmişlər ki, nümayəndə heyətinin üzvü, Avropa Komissiyasının inkişaf əməkdaşlıq üzrə baş direktorluğunun əməkdaşı A.Fontana dövlət maliyyə idarəçiliyi sahəsində ölkəmizin əldə etdiyi nailiyyətlərin davamı olaraq bu sahədə islahatların genişləndirilməsi daha intensiv aparılması məqsədilə Azərbaycan Respublikasının müvafiq dövlət qurumları ilə birlikdə həyata keçirmək niyyətində olduqları yeni proqramın əsas komponentləri barədə məlumat vermişdir. Qonaq həmin komponentlərdən biri kimi ali dövlət kənar nəzarət orqanı olan Hesablama Palatasının dövlət maliyyəsinin idarə edilməsi sistemindəki mühüm rolunu xüsusilə qeyd etmişdir.

Palatanın sədri Heydər Əsədov son illər dövlət maliyyəsindən daha səmərəli istifadə olunması sahəsində ali audit qurumu kimi Hesablama Palatasında həyata keçirilmiş sistemli davamlı institusional islahatlardan danışmışdır. Eyni zamanda, sədr Palatanın Strateji İnkişaf Planına uyğun olaraq qarşıya qoyulmuş hədəflər, daxili kənar auditin əhatə dairəsi funksiyalarını müəyyən etməklə dövlət maliyyə nəzarətinin vahid qanunverici bazasının yaradılması; beynəlxalq audit metodologiya standartlarının, habelə IT əsaslı auditlərin tətbiq edilməsi işçilərin peşəkar hazırlığının daim artırılması hesabına bütövlükdə qurumun potensialının gücləndirilməsi, Tvinning əlaqələrinin yaradılması bunun üçün müvafiq tədbirlərin həyata keçirilməsi barədə söz açmışdır.

Görüşdə Dünya Bankının iştirakı ilə həyata keçirilən "Korporativ Dövlət Sektorunda Hesabatlılıq Layihəsi"(CAPSAP) çərçivəsində İsveçrə Konfederasiyası hökumətinin qrantı hesabına reallaşdırılması nəzərdə tutulan islahatlar barədə ətraflı məlumat verilmişdir.

Tərəflər dövlət maliyyəsinin idarə edilməsi sahəsində müvafiq hökumət qurumları ali qanunverici orqanla sıx əməkdaşlığın əhəmiyyətini vurğulayaraq gələcək fəaliyyət proqramı üzərində birgə işləməyə hazır olduqlarını bir daha təsdiq etmişlər.

 

 

Azərbaycan.- 2011.-19 may.- S. 8.