YAP Gənclər
Birliyinin nümayəndə
heyəti Rumıniyada
səfərdədir
Yeni Azərbaycan Partiyasının Gənclər
Birliyinin (YAP GB) nümayəndə
heyəti Rumıniyanın
hakim Demokrat Liberal Partiyası (DLP) Gənclər Təşkilatının
dəvəti ilə bu ölkəyə səfər etmişdir.
YAP-ın mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, səfərin məqsədi
YAP ilə DLP arasındakı
qarşılıqlı əməkdaşlığı
partiyaların gənclər
təşkilatları arasında
da inkişaf etdirməkdir.
Buxarestdə gənclər
təşkilatlarının nümayəndə heyətləri
arasında keçirilmiş
görüşlərdə münasibətlərin inkişaf
etdirilməsi, fikir və təcrübə mübadiləsi haqqında
razılıq əldə
olunmuşdur. YAP GB-nin
nümayəndə heyətinin
Rumıniyaya səfəri
mayın 20-dək davam
edəcəkdir.
Azərbaycan.- 2011.-19 may.- S. 8.