Konstitusiya Məhkəməsi
Palatasının iclasları olmuşdur
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasları keçirilmişdir.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI, VII hissələrinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına, Mülki Məcəllənin 152-ci, 1166-cı və 1176-cı maddələrinə uyğunluğunun yoxlanılması ilə bağlı sorğusuna; Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair; Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.2-ci və 26.1-ci maddələrinin şərh edilməsinə dair müraciətlərinə baxılaraq Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardadlar çıxarılmışdır.
Konstitusiya Məhkəməsi
Plenumunun iyunun 8-nə təyin edilmiş iclasında
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin
müraciətinə, iyunun 10-da İnsan Hüquqları
Üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna, iyunun
16-da isə Bakı Apellyasiya Məhkəməsinin müraciətinə
baxılacaqdır.
Azərbaycan.- 2011.-19 may.- S. 8.