Mərkəzi Seçki Komissiyası vahid seçicilər siyahısının
yenidən tərtib edilməsi prosesinə yekun vurmuşdur
Mayın 18-də
Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi
Seçki Komissiyasının (MSK) növbəti iclası
keçirilmişdir.
Əvvəlcə MSK-nın
2 fevral və 24 fevral 2011-ci ildə keçirilmiş iclaslarının
protokolları təsdiq
edilmişdir.
MSK-nın mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, sonra Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının tərtibinə
dair məsələ müzakirə olunmuşdur.
Məzahir Pənahov bildirmişdir
ki, seçicilərin
daimi siyahısı yanvar ayından başlayaraq məntəqə
seçki komissiyaları
tərəfindən müvafiq
seçki məntəqələri
üzrə yenidən
tərtib edilərək
fevralın 5-dək dairə
seçki komissiyalarına
verilmişdir. DSK-lar
isə seçki dairələri üzrə
yenidən tərtib edilmiş seçici siyahılarını aprelin
5-dək Mərkəzi Seçki
Komissiyasına təhvil
vermişlər. Seçici
siyahılarının yenidən
tərtib edilməsində
Daxili İşlər
və Ədliyyə nazirliklərinin müvafiq
yerli qurumlarının,
yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin
köməyindən istifadə
olunmuşdur. Aprelin 5-dən etibarən isə Azərbaycan Respublikası
üzrə seçicilərin
siyahısı Mərkəzi
Seçki Komissiyası
tərəfindən dövlət
avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yenidən
tərtib edilmişdir.
İlin əvvəlindən
başlayaraq davamlı
olaraq aparılan bu irimiqyaslı proses artıq yekunlaşmışdır.
Bu günə olan məlumata görə, ölkə üzrə vahid seçicilər siyahısında
4 873 642 seçicinin adı
vardır.
Sonra MSK üzvləri daimi seçici siyahılarının yenidən
tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi
barədə qərarın
layihəsi ilə tanış olmuşlar. Komissiya qərara almışdır
ki, cari ilin daimi seçici
siyahılarının tərtib
edilməsi və dəqiqləşdirilməsi işi
başa çatmış
hesab edilərək siyahılar məntəqə
seçki komissiyaları
tərəfindən təsdiq
edilməsi üçün
müvafiq dairə seçki komissiyalarına
göndərilsin.
MSK respublika üzrə
seçicilərin daimi
siyahısının dövlət
avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək Mərkəzi
Seçki Komissiyasının
internet saytında yerləşdirməklə ictimailəşdirilməsi
barədə qərar
qəbul etmişdir.
Azərbaycan.- 2011.-19 may.- S. 8.