MSK üzvləri seçici siyahılarının yenidən tərtib edilmiş variantı ilə tanış olmuşlar

 

Mayın 18-də Mərkəzi Seçki Komissiyasının üzvləri MSK nəzdində “Seçkilər” İnformasiya Mərkəzində ölkə üzrə vahid seçicilər siyahısının yenidən tərtib edilmiş variantı ilə tanış olmuşlar.

MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, mərkəzin direktoru Ramil Hüseynov vahid seçicilər siyahısının tərtib edilməsinin dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirildiyini bildirmiş, prosesin texniki prosedurları barədə məlumat vermişdir.

MSK üzvləri DSK-lara qaytarılacaq seçici siyahılarının çap prosesi, saxlanma şəraiti ilə tanış olmuşlar. Sonra MSK sədrinin müavini Natiq Məmmədov seçicilərin daimi siyahılarının yenidən tərtib edilməsi prosesinin yekunu barədə jurnalistlər üçün brifinq keçirmişdir.

 

 

Azərbaycan.- 2011.-19 may.- S. 8.