Əli Əhmədov:
"Eurovision-2011" müsabiqəsindəki
qələbə Azərbaycanın
yüksəlişinin təcəssümü
və ifadəsidir
"Eurovision-2011" musiqi yarışmasındakı qələbə Azərbaycanda bütün sahələrdə müşahidə olunan nailiyyətlərin, yüksəlişin təcəssümü və ifadəsidir.
AzərTAc xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, deputat Əli Əhmədov jurnalistlərə açıqlamasında demişdir.
Ə.Əhmədovun fikrincə, bu qələbə Azərbaycan mədəniyyəti ilə yanaşı, ölkə reallıqlarını bütün dünyaya çox gözəl şəkildə nümayiş etdirə bilmişdir. Gələn il Bakıda keçiriləcək növbəti müsabiqədə bir daha Azərbaycan gerçəkliklərinin dünyaya təqdim olunması üçün şərait olacaqdır.
YAP funksioneri demişdir: "Bu qələbə Azərbaycan ifaçılarının professionallığının sübutudur. Bəzi hallarda Azərbaycana qarşı ikili standartlar mövqeyindən yanaşmalar olur. Biz bu ikili yanaşmalar mövqeyini qəbul etmirik. Azərbaycanın Avropa müsabiqəsində qalib gəlməsi bir reallığı açıq şəkildə göstərdi ki, Qərbin sadə insanları özlərinin bəzi siyasətçilərindən fərqli olaraq daha ədalətli, daha obyektivdirlər".
Azərbaycan.- 2011.-19 may.- S. 9.