Almaniyanın Azərbaycandakı səfiri Eldar Qasımovu Nigar Camalı təbrik etmişdir

 

Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle "Eurovision-2011" müsabiqəsinin qalibləri Eldar Qasımova Nigar Camala təbrik məktubu göndərmişdir.

AzərTAc Almaniyanın Azərbaycandakı səfirliyinə istinadla xəbər verir ki, səfir öz məktubunda azərbaycanlı müğənnilərin Düsseldorfda qələbəsini böyük uğur adlandırmış vurğulamışdır ki, bu qələbə Azərbaycanın firavanlığına xidmət edəcəkdir.

Diplomat yazır: "Sizin qələbənizə təkcə "Eurovision-2010" müsabiqəsinin qalibi Lena Mayer deyil, mənim bütün həmvətənlərim sevinmişlər. Biz Bakıda keçiriləcək "Eurovision-2012" müsabiqəsini səbirsizliklə gözləyirik".

 

 

Azərbaycan.- 2011.-19 may.- S. 9.