Azərbaycan nümayəndə heyəti Ankarada keçirilmiş II sosial müdafiə simpoziumunda iştirak etmişdir

 

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Türkiyə paytaxtında keçirilmiş II sosial müdafiə simpoziumunda iştirak etmişdir.

Səlim Müslümov simpoziumdakı çıxışının əvvəlində bildirmişdir ki, Almaniyanın Düsseldorf şəhərində keçirilmiş

"Eurovision-2011" mahnı müsabiqəsində qalib gəlmiş gənclərimizin səhnədə qardaş Türkiyənin dövlət bayrağını dalğalandırmaları bir daha sübut etdi ki, ulu öndər Heydər Əliyevin söylədiyi kimi, "Biz bir millət, iki dövlətik".

Fondun sədri ölkəmizdə son illər Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində əhalinin sosial müdafiəsi sahəsində görülən işlərdən, pensiya və müavinətlərin artırılması istiqamətindəki tədbirlərdən söhbət açmışdır.

Türkiyənin əmək və sosial təhlükəsizlik naziri Ömər Dinçər bu ölkədə həyata keçirilən sosial islahatlardan ətraflı danışmışdır.

Azərbaycan nümayəndə heyəti simpozium çərçivəsində Türkiyə Sosial Güvənlik Kurumunun rəhbərliyi ilə də görüşmüş, əməkdaşlığın perspektivlərini müzakirə etmişdir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2011.-19 may.- S. 11.