Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşi qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşi qəbul etmişdir.

BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətləri digər ölkələrə nümunə kimi qiymətləndirdi.

Görüşdə Azərbaycan ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulandı bu əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-20 may.- S. 1.