"Eurovision-2012" mahnı müsabiqəsinin
Bakı şəhərində
keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Avropa Yayım İttifaqı tərəfindən təşkil
olunan ən yaxşı mahnı üzrə builki televiziya müsabiqəsi Azərbaycan Respublikası
təmsilçilərinin parlaq
qələbəsi ilə
başa çatmışdır. Müsabiqənin qaydalarına əsasən,
qalib ölkə növbəti ildə yarışmanı keçirmək
hüququnu qazanır.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
2012-ci ilin may ayında
Bakı şəhərində
"Eurovision-2012" mahnı müsabiqəsinin layiqincə
keçirilməsini təmin
etmək məqsədi
ilə qərara alıram:
1. 2012-ci ilin
may ayında Bakı şəhərində "Eurovision-2012" mahnı müsabiqəsinin
keçirilməsi üzrə
aşağıdakı tərkibdə
Təşkilat Komitəsi
yaradılsın:
Təşkilat Komitəsinin sədri
Mehriban Əliyeva
- YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti
Təşkilat Komitəsinin üzvləri
Elmar Məmmədyarov
- Azərbaycan Respublikasının
xarici işlər naziri
Ramil Usubov - Azərbaycan Respublikasının
daxili işlər naziri
Şahin Mustafayev
- Azərbaycan Respublikasının
iqtisadi inkişaf naziri
Əbülfəs Qarayev -
Azərbaycan Respublikasının
mədəniyyət və
turizm naziri
Əli Abbasov -
Azərbaycan Respublikasının
rabitə və informasiya texnologiyaları naziri
Azad Rəhimov
- Azərbaycan Respublikasınıngənclər
və idman naziri
Hacıbala Abutalıbov -
Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı
Cahangir Əsgərov - "Azərbaycan Hava Yolları"
Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Etibar Pirverdiyev
- "Azərenerji"
Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Baba Rzayev
- "Bakıelektrikşəbəkə"
Açıq Səhmdar Cəmiyyətinin sədri
İsmayıl
Ömərov - Azərbaycan Respublikasının
İctimai Televiziya və
Radio Yayımları
Şirkətinin baş
direktoru
Əli Əsədov - Azərbaycan
Respublikası Prezidentinin
İqtisadi məsələlər üzrə köməkçisi
Fatma Abdullazadə
- Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
Humanitar siyasət məsələləri
şöbəsinin müdiri
2. Təşkilat Komitəsi
"Eurovision-2012" mahnı müsabiqəsinin təşkili
və keçirilməsi
ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 may 2011-ci il
Azərbaycan.- 2011.- 20 may.-
S. 1.