Prezidentin mətbuat xidmətinin məlimatı
Mayın 19-da Türkiyənin Baş naziri Rəcəb Təyyub Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Rəcəb Təyyub Ərdoğan Azərbaycan nümayəndələrinin Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Eurovision-2011” müsabiqəsində qazandıqları parlaq qələbə münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırmış və bu qələbənin Türkiyədə çox böyük sevinclə qarşılandığını vurğulamışdır.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyənin Baş nazirinə minnətdarlığını bildirmişdir.
Azərbaycan
Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri
Rəcəb Təyyub Ərdoğan ölkələrimiz
arasında dostluq və qardaşlıq münasibətlərinin
bütün sahələrdə bundan sonra da uğurla
inkişaf edəcəyinə əminliklərini ifadə
etmişlər.
Azərbaycan.- 2011.-20 may.- S. 1.