Heydər Əliyev Fondu dünya xalqlarını Azərbaycanın zəngin mədəniyyəti ilə tanış etmək üçün tədbirləri davam etdirəcəkdir

 

Bu sözləri Fondun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın "RİA-Novosti" agentliyinə müsahibəsində demişdir

 

Xəbər verildiyi kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə mayın 17-də Moskvada, Dövlət Kreml sarayında Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Mərasim çərçivəsində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Azərbaycan" kitabı təqdim edilmiş, Azərbaycan xalçalarının sərgisi keçirilmiş, "Azərbaycan gecəsi" adlı təntənəli mərasim olmuşdur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Rusiyanın nüfuzlu "RİA-Novosti" agentliyinə Moskvada keçirilmiş tədbirlə bağlı müsahibə vermişdir.

AzərTAc həmin müsahibəni təqdim edir.

- Azərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsində qalib gələcəyini gözləyirdinizmi?

- Təbii ki, gözləyirdik. İnanıram ki, hər bir ölkə əslində bu müsabiqədə qalib gəlmək arzusu ilə yaşayır. Elə biz bunu arzu edirdik. Azərbaycanın "Eurovision" müsabiqəsində cəmi dördüncü dəfə iştirak etməsinə baxmayaraq, ölkəmiz kifayət qədər yüksək yerlər - üçüncü, beşinci səkkizinci yerləri tutmuşdur. Qalib gələndə keçirdiyin hissləri heç ilə müqayisə etmək olmaz. Bu, bizim üçün böyük xoşbəxtlik sevinc idi.

- Moskvada keçirilən konsert sanki qələbəyə musiqi təbriki idi, elə deyilmi? Belə desək, Bakıdan sevgilərlə. Yeri gəlmişkən, sevgidən danışırıqsa, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatında (RAGT - AMOR) işlər necə gedir?

- Təşkilat inkişaf edir yeni regionlarda nümayəndəlikləri yaranır. İndi təkcə Moskvada, Sankt-Peterburqda deyil, demək olar ki, Rusiyanın əksər yerlərində fəaliyyət göstərir. Moskvanın bir çox universitetlərində Azərbaycan klubları yaradılır. Təşkilat iyunun əvvəllərində Sankt-Peterburqda özünün üçüncü forumunu keçirəcəkdir. Bu foruma 70-ə qədər qonağın gələcəyi gözlənilir. Bir çox təşkilatlar RAGT - AMOR-u təbrik etmək üçün gələcəklər. Deyim ki, təşkilat hər il yeni dostlar qazanaraq əhəmiyyətini daha da artırır. Gələcək üçün çoxlu planlarımız ideyalarımız vardır.

- Bəs bu tədbiri keçirmək ideyası haradan yarandı? Hansı məqsədləri həyata keçirməyi planlaşdırırsınız? Bu barədə deyərdiniz?

- Bu gün biz Azərbaycanın zəngin mədəniyyətini nümayiş etdiririk. Sərgimizdə tarixi XVIII əsrə gedib çıxan 80-dən artıq Qarabağ xalçası nümayiş etdirilir. Bundan başqa, Azərbaycan ifaçıları konsert proqramı ilə çıxış etdilər. Heydər Əliyev Fondu dünya xalqlarını Azərbaycan mədəniyyəti ilə tanış etmək üçün bu cür tədbirləri hər yerdə təşkil edəcəkdir. Təbii olaraq, tədbirimizin keçirildiyi ilk ölkələrdən biri Rusiya olmuşdur. Hesab edirəm ki, tədbir yüksək səviyyədə keçdi. Çoxsaylı qonaqlarımızın bizi dəstəkləmələri bu tədbirdən zövq almaları məni sevindirdi. Biz artıq belə tədbirləri Fransada keçirmişik. Növbədə isə İtaliya, Türkiyə Almaniyadır. Biz, həmçinin müxtəlif ölkələrdə, o cümlədən Rusiyada incəsənət tədbirləri təşkil etmək niyyətindəyik.

- Azərbaycan 20 il əvvəl müstəqil olmuşdur demək olar ki, sizinlə eyni yaşdadır. Bu 20 ili iki dövrə bölmək olar. Birinci dövr postsovet dağıntıları müharibə, ikinci dövr isə sabitlik sürətli iqtisadi inkişafla xarakterizə olunur. İkinci dövr həmişə sizin babanız Heydər Əliyevin adı ilə əlaqələndirilir. O, həyatınızda sizə ən çox kömək olan hansı məsləhəti vermişdi?

- Mən indi başa düşürəm ki, qədər böyük bir insana yaxın olmuşam qədər böyük bir insanla söhbətlərim olub. Hətta onunla beş dəqiqə söhbət edənlər belə ondan çox qiymətli dərs ala bilirdilər. Amma mən onu hər gün görürdüm. Bu, heç ilə müqayisə olunmayacaq böyük təcrübə idi. Ən təəccüblüsü bu idi o, heç vaxt sənin etməli olduğunu demirdi, istəyirdi ki, sən həmişə özün qərar qəbul edəsən. Mən onu səhv etməyən hər zaman çətin vəziyyətdən çıxış yolu tapan bir şəxsiyyət kimi tanımışam. Onun üçün qeyri-mümkün heç olmamışdır. Buna görə düşünürəm ki, nəyəsə inanırsan nəyisə çox arzulayırsansa, ona nail olacaqsan.

 

 

Azərbaycan.-2011.-20 may.- S.5.