Səfirliyimizin müdaxiləsindən sonra Estoniyanın "CSC Telecom" şirkətinin internet səhifəsində Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan səhv aradan qaldırılmışdır
Mayın 14-də bir sıra kütləvi informasiya vasitələrində Estoniyada fəaliyyət göstərən "CSC Telecom" şirkətinin internet səhifəsində "Tariflər EEK" bölməsində Dağlıq Qarabağın Ermənistanın ərazisi kimi qeyd olunması haqqında məlumat dərc edilmişdir.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, dərc olunmuş məlumatla əlaqədar ölkəmizin Estoniyadakı səfirliyi tərəfindən şirkətin direktoru Vlad Sobolev ilə əlaqə saxlanılmışdır. V.Soboleva Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu və buna görə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərildiyi bildirilmiş, şirkətin internet səhifəsində yol verilmiş səhvin dərhal aradan qaldırılması xahiş olunmuşdur.
Şirkətin direktoru texniki səhvə yol verildiyinə görə üzr istəyərək, onun dərhal aradan qaldırılacağını demişdir. Diplomatik nümayəndəliyimizin müdaxiləsi
nəticəsində "CSC Telecom" şirkətinin
rəhbərliyi internet
səhifələrindəki tariflər haqqında məlumata düzəliş
etmişdir.
Azərbaycan.- 2011.- 20 may.- S. 7.