Azərbaycan Respublikası
hökuməti və İraq Respublikası hökuməti
arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq
üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən
tərkibi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq 2010-cu il noyabrın
10-da Bakı şəhərində
imzalanmış və Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 27 dekabr tarixli 1261 nömrəli sərəncamı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikası hökuməti
və İraq Respublikası hökuməti arasında ticarət,
iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq
haqqında Saziş"in icrasını və ikitərəfli
əlaqələrin genişləndirilməsini təmin etmək
məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası
hökuməti və İraq Respublikası hökuməti
arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq
üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən
aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri
Əli
Abbasov - Azərbaycan Respublikasının rabitə və
informasiya texnologiyaları naziri
Komissiyanın üzvləri:
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini
Sevda Məmmədəliyeva - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini
İsmayıl İsmayılov - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Akif Əlizadə - Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti
Elman Araslı - Azərbaycan
Respublikasının İraq Respublikasında fövqəladə
və səlahiyyətli səfiri
2. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın
1-ci hissəsində göstərilən Azərbaycan
Respublikası hökuməti və İraq Respublikası
hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və
mədəni əməkdaşlıq üzrə Birgə
Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi
barədə İraq Respublikası tərəfinə
müvafiq bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 may 2011-ci il
Azərbaycan.- 2011.-21 may.- S. 1.