Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri uğurla inkişaf edir

 

Mayın 20-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin sədri Yeji Buzekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonağı parlamentdə səmimi salamlayan spiker Oqtay Əsədov Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirdi. Qeyd etdi ki, bu adıçəkilən mötəbər qurumla ölkəmizin qarşılıqlı faydalı əməkdaşlığı ildən-ilə genişlənməkdədir. Ötən müddət ərzində birgə layihələr həyata keçirilmiş perspektiv planlar üzərində hazırda işlər gedir. Azərbaycanla Avropa İttifaqı arasında 1996-cı ildə imzalanmış 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq Əməkdaşlıq Sazişi ölkəmizin bu nüfuzlu qurumla münasibətlərinin hüquqi bazasını təşkil etmişdir. Azərbaycan "Avropa qonşuluq siyasəti" daxil edildikdən sonra bu məkanla qarşılıqlı iqtisadi, siyasi əməkdaşlıq daha dinamik xarakter almışdır.

Milli Məclisin Sədri bildirdi ki, 2009-cu ilin mayında Azərbaycan Avropa İttifaqı ilə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq etməyə başlamışdır. Bununla yanaşı əməkdaşlıq əlaqələri parlamentlər çərçivəsində uğurla inkişaf etməkdədir. Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi çərçivəsində səmərəli əməkdaşlıq qurulmuşdur. Hazırda Azərbaycan Milli Məclisi Litva parlamenti ilə birlikdə Tvinninq layihəsini həyata keçirməkdədir.

Milli Məclisin Sədri əlavə etdi ki, Avropa İttifaqı Avropa Parlamenti Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabat münaqişəsi məsələsinə xüsusi diqqət yetirir. Avropa Parlamentindəki həmkarlarımız regionda vəziyyəti aydın şəkildə qiymətləndirərək 2010-cu il mayın 20-də qəbul etdikləri "Cənubi Qafqaz üzrə Avropa İttifaqı strategiyasına ehtiyac" adlı qətnamədə Ermənistan qoşunlarının işğal olunmuş bütün Azərbaycan torpaqlarından geri çəkilməsi tələb edilmişdir. Qaçqın məcburi köçkünlərin düşdükləri ağır vəziyyətlə bağlı Avropa Parlamenti bu il aprelin 7-də qəbul etdiyi "Avropa qonşuluq siyasəti - Şərq ölçüsünün icmalı" adlı qətnamədə bu əhalinin bütün hüquqlarının, o cümlədən öz torpaqlarına qayıtmaq hüququnun qeyd-şərtsiz təmin edilməsinin vacibliyini vurğulamışdır. Həmçinin bu qətnamənin qəbulu zamanı deputatların tam əksəriyyəti tanınmamış ərazilərdəki separatçı rejimlərlə təmaslar qurulmasını rədd etmişlər. Bu sadalanan faktlar Azərbaycanın Avropa İttifaqı Avropa Parlamenti ilə münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu bir daha təsdiq edir.

"Azərbaycan cəmiyyət dövlət həyatının müxtəlif sahələrində qazandığı uğurları ilə dünyanın diqqətini özünə cəlb edən ölkədir" - deyən spiker əlavə etdi ki, ölkəmiz insan hüquqlarının qorunması ilə bağlı bütün beynəlxalq sazişlərə qoşulmuşdur. Konstitusiyanın üçdə bir hissəsi insan hüquqlarına həsr olunmuşdur. Ölkəmizin Avropa standartlarına uyğun gələn qanunvericilik bazası formalaşdırılmışdır. İnsan hüquqlarının müdafiəsi demokratikləşmə sahəsində görülən tədbirlər Azərbaycanın milli maraqlarına əsaslanır. Eyni zamanda, bu tədbirlər ölkəmizin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə yönəlmişdir.

Parlament sədri bildirdi ki, Azərbaycanda insan hüquqları ilə bağlı məsələnin təxirəsalınmaz bir məsələ kimi bu ayın 12-də Avropa Parlamentinin müzakirəsinə çıxarılması bu barədə qətnamənin qəbul edilməsi təəssüf, təəccüb narahatlıq yaratmışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinə müraciət ünvanlamışdır. Milli Məclisin müraciətində Avropa Parlamentinin bu qətnaməsinin qeyri-obyektiv qərəzli olması göstərilmişdir.

Spiker Oqtay Əsədov bildirdi ki, Azərbaycan Avronest Parlament Assambleyasının təsisçisi kimi sənədlər imzalamışdır. Bu yeni Parlament təşkilatını yaratmaqda məqsəd qurum çərçivəsində tərəfdaş ölkələrlə müzakirələrin aparılması sonradan məsələlərin iclasa çıxarılması nəzərdə tutulur. Azərbaycan tərəfi Avropa Parlamenti ilə bundan sonra da münasibətlərin daha da genişləndirilməsinin tərəfdarıdır.

Avropa Parlamentinin sədri Yeji Buzek səmimi görüş üçün minnətdarlığını bildirdi. Ölkəmizin zəngin tarixə, mədəniyyətə malik olduğunu deyən qurumun sədri Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin tərəfdarı olduğunu bildirdi. Azərbaycan təmsilçilərinin "Evrovizion-2011" mahnı müsabiqəsində qələbə qazanmalarının bütün Avropada müsbət qarşılandığını bildirdi. Avropa Parlamentinin sədri Azərbaycanın təsisçiliyi ilə yaradılan Avronest Parlament Assambleyasının əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsində mühüm rol oynayacağını qeyd etdi.

Sonda tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi apardılar.

 

 

Azərbaycan.- 2011.-21 may.- S. 2.