Berlində Avropa Xəbər Agentlikləri Alyansının növbədənkənar Baş Assambleyası keçirilmişdir

 

Mayın 20-də Almaniyanın Berlin şəhərində Avropa Xəbər Agentlikləri Alyansının (EANA) növbədənkənar Baş Assambleyası keçirilmişdir.

Tədbirdə EANA-nın üzvü olan AzərTAc-ın baş direktoru Aslan Aslanov iştirak etmişdir.

Assambleyada əvvəlcə təşkilati məsələyə baxılmışdır. İspaniyanın EFE agentliyinin baş icraçı direktoru Lola Alverez, Böyük Britaniyanın Press Assoşieyted Agentliyinin baş direktoru Klayv Marşal gizli səsvermə yolu ilə

EANA-nın yeni Büro üzvləri seçilmişlər.

Gündəliyə uyğun olaraq, səsvermədən sonra EANA-nın üzvü olan agentliklərin hesabatları barədə məruzə dinlənilmişdir.

Günün ikinci yarısında informasiya agentliklərinin fəaliyyətlərində multimedia videoxəbər mövzusunda panel müzakirələri keçirilmişdir.

 

 

Taleh QULİYEV,

AzərTAc-ın

xüsusi müxbiri

Berlin

 

Azərbaycan.- 2011.- 21 may.- S. 6.