Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın YUNESKO-dakı
daimi nümayəndəsi,
şair, yazıçı
Oljas Süleymenovu qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də
Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi,
şair, yazıçı Oljas Süleymenovu qəbul
etmişdir.
Dövlət
başçısı İlham Əliyev Oljas Süleymenovu
anadan olmasının 75 illik yubileyi münasibətilə təbrik
etdi, ona yaradıcılıq fəaliyyətində yeni-yeni
uğurlar və möhkəm cansağlığı
arzuladı. Azərbaycanda Oljas Süleymenovun sevildiyini və
onun yaradıcılığının ölkəmizdə
yüksək qiymətləndirildiyini vurğulayan Prezident
İlham Əliyev onun öz mövqeyini daim aydın və
prinsipial şəkildə ifadə edərək qazax
xalqının maraqlarını müdafiə etdiyini dedi. Dövlət
başçısı Azərbaycanın çox çətin
vaxtlarında, xalqımızın 20 Yanvar faciəsi ilə
üzləşdiyi bir zamanda Oljas Süleymenovun qətiyyətli
mövqedə durmasını və Azərbaycanın
yanında olmasının xalqımız tərəfindən
heç vaxt unudulmayacağını dedi. Prezident İlham Əliyev
Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi və
ictimai xadim kimi Oljas Süleymenovun bu gün Azərbaycanın
uğurlarına və ölkəmizin inkişafına ürəkdən
sevinməsini yüksək qiymətləndirdi. Prezident
İlham Əliyev Azərbaycan mədəniyyətinin beynəlxalq
miqyasda təbliğindəki xidmətlərinə görə
dövlətimizin yüksək mükafatını -
"Dostluq" ordenini Oljas Süleymenova təqdim etdi.
Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi, şair, yazıçı Oljas Süleymenov Azərbaycan dövlətinin yüksək ordeninə layiq görüldüyünə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi və bu hadisəni onun Azərbaycana olan münasibətinin yüksək ifadəsi kimi dəyərləndirdi. Azərbaycana səfərləri zamanı ölkəmizdə baş verən böyük inkişaf proseslərini, o cümlədən mədəniyyətin inkişafı sahəsində əldə edilən sanballı uğurların onda sevinc hissi doğurduğunu bildirdi. O, bu gün Azərbaycan xalqının uğurlar qazanaraq öz sevincini dünya ilə bölüşməsinin onda xoş duyğular yaratdığını dedi. Oljas Süleymenov Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkəmizə və xalqımıza bundan sonra da firavanlıq gətirəcəyinə əminliyini ifadə etdi.
AzərTAc
Azərbaycan.- 2011.-24 may.- S. 1.