"Salnamə"
kinostudiyasında iki sənədli filmin çəkilişləri başa
çatmışdır
"Salnamə" kinostudiyasında
28 May - Respublika Gününə həsr olunmuş iki yeni qısametrajlı sənədli filmin çəkilişləri başa
çatmışdır.
Yeni filmlərin rejissoru və ssenari müəllifi Ziya Şıxlinski bildirmişdir ki, "Musiqi və zaman" adlanan birinci film bu
yaxınlarda Bakıda
keçirilmiş Qara
Qarayev adına IV Beynəlxalq müasir musiqi festivalına həsr olunmuşdur.
"Novruzun melodiyası" adlanan ikinci film isə 2011-ci ildə Bakıda Novruzun necə bayram olunmasından bəhs edir. Yeni filmlərin operatoru Rüfət Süleymanovdur.
Azərbaycan.- 2011.-24 may.- S. 5.