Azərbaycanın və Belarusun
fövqəladə hallar nazirlikləri arasında əlaqələr
genişlənir
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə mayın 22-23-də ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının fövqəladə hallar naziri Vladimir Vaşşenkonun rəhbərlik etdiyi nümayəndə heyəti fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovla görüşmüşdür.
K.Heydərov rəhbərlik etdiyi nazirliyin strukturları, həyata keçirilən layihələr barədə ətraflı məlumat vermişdir. Nazir fövqəladə halların idarə edilməsi sahəsində zəngin təcrübəyə malik dövlətlərin müvafiq qurumları, habelə beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışmışdır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qonaq hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin və inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir.
Qonaqlar səfər çərçivəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyəti ilə də tanış olmuşlar.
Azərbaycan.- 2011.-24 may.- S.5.