Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı
Bakıda enerji sektorunda əməkdaşlığı
müzakirə edir
Mayın 23-də
Bakıda Mərkəzi Asiya Regional İqtisadi
Əməkdaşlıq (MARİƏ) Proqramının Enerji
Sektorunun Koordinasiyası Komitəsinin (ESKK) iclası öz
işinə başlamışdır. ESKK elektroenerji, enerji istehsalı və tələbatı, milli və regional enerji təhlükəsizliyi
ilə bağlı məsələləri müzakirə
edəcəkdir. İclasda
elektrik stansiyalarının
planlaşdırılması və onların fəaliyyəti kimi texniki mövzular, MARİƏ-yə üzv olan ölkələr arasında karbohidrogen ticarətinin maliyyələşdirilməsi
imkanları da müzakirə olunacaqdır.
Asiya İnkişaf Bankının
(AİB) Enerji Məsələləri
üzrə mütəxəssisi
Levan Mltçedişvili
toplantını şərh
edərək bildirmişdir
ki, enerji sektorunun təhlükəsizliyi
regiondakı enerji infrastrukturunun və təsisatlarının balanslı
şəkildə inkişaf
etdirilməsi vasitəsilə
həyata keçirilməlidir.
Regionun enerji sektoru ilə bağlı uzunmüddətli
strategiya iqtisadi və maliyyə cəhətdən düşünülmüş
sərmayə tədbirləri
hesabına həyata keçirilməlidir, regiondakı
bütün dövlətlərin
maraqları nəzərə
alınmalıdır. O, Azərbaycan
hökumətinə bu
cür vacib görüşə ev sahibliyi etdiyi üçün təşəkkürünü
bildirmişdir.
Azərbaycanın sənaye
və energetika nazirinin müavini Natiq Abbasov hökumətin
MARİƏ-nin enerji əməkdaşlığı ilə bağlı təşəbbüslərini daima
dəstəklədiyini və
gələcəkdə də
dəstəkləyəcəyini bildirmişdir.
ESKK-nın iclası mayın 25-də yekunlaşacaqdır.
İclasda Əfqanıstan,
Azərbaycan, Çin,
Qazaxıstan, Qırğızıstan,
Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan
və Özbəkistan
hökumət rəsmiləri
ilə təmsil olunurlar.
Azərbaycan.- 2011.-24 may.- S. 5.