Azərbaycan Prezidenti İlham Əliyev
Bakıətrafı kənd və qəsəbələrin
sosial-iqtisadi inkişafı ilə bağlı paytaxtın
Şüvəlan və Sabunçu qəsəbələrində
görülən işlərlə yaxından tanış
olmuşdur
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə əlaqədar müşavirədə kənd və qəsəbələrdə abadlıq və quruculuq işləri ilə bağlı verdiyi tapşırıqların icrası ilə tanışlıq üçün ayrı-ayrı yaşayış sahələrində olmuşdu.
Mayın 24-də dövlətimizin başçısı paytaxtın Şüvəlan və Sabunçu qəsəbələrində görülən işlərlə yaxından tanış olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə Xəzər rayonunun Şüvəlan qəsəbəsinə gəldi.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Şüvəlan qəsəbəsinin sxemi əsasında həyata keçirilən abadlıq və quruculuq tədbirləri barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə Azərbaycan Prezidentinin verdiyi tapşırıqlara uyğun olaraq paytaxtın digər kənd və qəsəbələrində olduğu kimi, Şüvəlanda da abadlıq və quruculuq tədbirlərinə başlanılmışdır. Qəsəbədaxili yollar əsaslı şəkildə yenidən qurulur. İndiyədək Şüvəlan qəsəbəsinin küçələrində 30 min kvadratmetr asfalt işləri aparılmış, piyada keçidləri və səkilər tamamilə yenidən qurulmuşdur.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşdü.
Sakinlər dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham ƏLİYEV sakinləri salamlayaraq dedi:
- Necəsiniz, işlər necədir?
Şüvəlan
qəsəbəsində də işlər yaxşı gedir,
yollar çəkilir, bütün infrastruktur yeniləşəcəkdir. Əminəm
ki, qısa müddətdə Şüvəlanın
bütün yolları gözəl olacaqdır. Bildiyiniz kimi, Bakıətrafı qəsəbələrin
inkişafı Proqramı qəbul edilibdir. Çox böyük proqramdır və orada hər
bir qəsəbə üçün xüsusi məsələlər
nəzərdə tutulub, onlar öz həllini gözləyir.
Beləliklə, hesab edirəm ki, iki ilyarım ərzində
Bakıətrafı qəsəbələrdə bütün
sosial və iqtisadi məsələlər həllini
tapacaqdır. İndi biz birinci mərhələdə
yolların çəkilişi ilə məşğuluq.
Müvafiq göstərişlər verilib, vəsait
ayrılıb və Şüvəlan qəsəbəsində
də gözəl yollar çəkilir. Bununla
bərabər bütün başqa məsələlər də
öz həllini tapmalıdır.
Bildiyiniz kimi,
proqram mətbuatda dərc edilmişdir. Hər bir vətəndaş
oxuya bilər Proqramda nə vardır. Hər
bir qəsəbə üzrə konkret layihələr nəzərdə
tutulubdur. Şüvəlan qəsəbəsində
də həllini gözləyən bütün məsələlər
həll olunacaqdır. Xüsusilə yollar,
qazlaşdırma ilə bağlı məsələlər
daha da böyük həcmdə həll olunmalıdır.
Qaz təchizatında işlər daha da
yaxşı görülməlidir. Su və
kanalizasiya məsələləri həll edilməlidir. Bilirəm ki, insanları ən çox narahat edən
məsələ budur. Beləliklə,
bütün başqa sosial məsələlər də həll
olunmalıdır. Uşaq
bağçaları, məktəblər təmir
olunmalıdır. Yəni elə etməliyik
ki, iki ilyarım ərzində Bakının bütün ətraf
qəsəbələrində sosial və infrastruktur məsələləri
öz həllini tapsın. Bu günə qədər
müəyyən işlər görülmüşdür.
O cümlədən Şüvəlan qəsəbəsində
abadlıq, quruculuq işləri aparılmışdır, yeni
binalar, məktəblər tikilmişdir. Ancaq
hesab edirəm ki, icrasını gözləyən məsələlər
tezliklə öz həllini tapmalıdır. Sizdən də xahişim ondan ibarətdir ki,
bütün bu işlərə nəzarət edəsiniz və
çatışmayan məsələlər haqqında məlumat
verəsiniz.
Keçən dəfə Mərdəkan
qəsəbəsində olarkən vətəndaşlarla
görüş zamanı məsələ
qaldırıldı ki, beş il bundan əvvəl
tikilmiş məktəb artıq yararsız vəziyyətə
düşmüşdür. Mən özüm o məktəblə
İndi yəqin
ki, siz proqramda Şüvəlan qəsəbəsi ilə
bağlı nəzərdə tutulmuş məsələlərlə
tanışsınız. Əgər əlavə arzularınız, xahişləriniz
varsa, mənə deyin ki, biz onları da nəzərə alaq. Çünki proqramın hazırlanması işinə
biz, əlbəttə ki, bütün müvafiq dövlət
qurumlarını cəlb etmişdik və maksimum
çalışmışdıq ki, bütün məsələlər
bu proqrama salınsın. Bəlkə elə
məsələ vardır ki, orada yoxdur, amma həllini gözləyir.
Siz mənə deyin, onları da həll edək. Mənim istəyim ondan ibarətdir ki, Bakıətrafı
qəsəbələrin hamısında bütün məsələlər,
həllini gözləyən vəzifələr tezliklə və
yüksək keyfiyyətlə icra edilsin.
SAKİN:
Azərbaycanımız gözəlləşir, Bakı
gözəlləşir. Məktəblərin,
bağçaların tikilməsini, bərpa olunmasını
biz diqqətlə izləyirik. Xüsusən
Bakıətrafı kəndlərin
abadlaşdırılması ilə bağlı qəbul olunan
sərəncam bizi çox sevindirir. Bu,
şüvəlanlıları ikiqat sevindirir. Ona görə ki, Şüvəlanda
yaşayanların böyük əksəriyyəti Qala kəndindəndir.
Qala kəndinin abadlaşması, onun tarixi
möhtəşəmliyinin özünə qaytarılması
bizi çox sevindirir. Buna görə Sizə
və Mehriban xanıma möhkəm cansağlığı
arzulayırıq. Sizin
gördüyünüz bu işlər biz dindarları ikiqat
sevindirir. Niyə? Çünki
Quranın ayələrini oxuduqda görürük ki, Allah bizə
xatırladır: Torpaqdan yaranmısınızsa,
torpağın üzərində quruculuq işləri
görün, torpağı abadlaşdırın. Biz Quranın bu ayəsində deyilənləri Sizin
həyata keçirdiyiniz işlərin timsalında çox
aydın görürük. Bütün
bunlara, xalqımızın firavanlığı naminə
gördüyünüz böyük işlərə görə
Allah-Təaladan Sizə müvəffəqiyyət, möhkəm
cansağlığı arzulayırıq. Qəsəbəmizin
bütün sakinləri adından Sizi
alqışlayırıq. Çox sağ
olun!
Prezident İlham ƏLİYEV: Sağ olun. Biz
elə etməliyik ki, ölkə qarşısında duran
bütün vəzifələr öz həllini tapsın.
Həm iqtisadi, həm sosial məsələlərin
həlli ilə ciddi məşğuluq. Eyni
zamanda, tarixi keçmişimizə, mədəniyyətimizə,
dini abidələrin qorunmasına da böyük diqqət
göstərilir. İndi ölkədə
bütün dini abidələrimiz böyük zövqlə,
böyük sevgi ilə təmir edilir, bərpa olunur. Bu bizim mənəvi dayağımızdır. Biz elə etməliyik ki, ölkəmiz hərtərəfli
inkişaf etsin. Biz çox möhkəm
milli və tarixi təməl üzərində müasir
dövlət qururuq. Əlbəttə, mədəniyyətlə
bağlı bütün məsələlər də Azərbaycanda
uğurla həll olunur.
Siz Qala kəndini
misal gətirdiniz. Qala indi ölkə miqyasında çox
yaxşı tanınan bir kənd olubdur. Çünki
orada etnoqrafiya muzeyinin fəaliyyətə başlaması və
onun ətrafında gedən abadlıq işləri zövq
oxşayır. Həm ölkə vətəndaşları,
həm də xaricdən gələn qonaqlar
çalışırlar ki, oraya getsinlər və orada Azərbaycanın
qədim tarixi ilə əyani şəkildə
Bütün bu işlərin
görülməsi bir daha ölkəmizin həm
gücünü göstərir, həm də ki, zəngin mədəniyyətimizi
təcəssüm etdirir. Biz elə etməliyik
ki, dünyada Azərbaycanı daha da yaxşı
tanısınlar. Bu gün Bakıya, digər
şəhər və rayonlara gələnlər etiraf edirlər
ki, burada olan inkişaf heç bir yerdə yoxdur. Bakı bu gün dünyanın ən gözəl
şəhərlərindən birinə çevrilmişdir.
Həm Bakının tarixi siması qorunub
saxlanılır, həm də müasirlik vardır. Bakıda olan infrastruktur, yollar, körpülər deyə
bilərəm ki, hər bir dünya paytaxtına yaraşıq
verə biləcək bir mənzərədir. Mən istəyirəm ki, bütün qəsəbələr
də belə gözəl olsun.
Biz ölkəmizi
ona görə qururuq ki, Azərbaycan vətəndaşları
rahat yaşasınlar. Yaşamaq, işləmək
üçün bütün şərait olsun. Uşaqlar yaxşı məktəbə getsinlər,
yaxşı tibb mərkəzləri yaradılsın, yollar
yaxşı olsun. Bütün kommunal infrastruktur, idman
qurğuları müasir tələblərə cavab versin.
Bu bölgədə
bu istiqamətdə əvvəlki dövrdə də işlər
görülmüşdür. Burada stadion tikilibdir.
Ondan sonra bu ərazilərdə idman kompleksi
Şağanda açılıbdır. Mərdəkanda
26 saylı xəstəxana əsaslı təmir ediləcək
və bütün bu qəsəbələrə xidmət
göstərəcəkdir. Burada digər
müasir obyektlər, ticarət obyektləri yaradılır.
Bilirsiniz ki, bu bölgənin tarixi çox zəngindir.
Şüvəlan, Mərdəkan qəsəbələri
və ətraf qəsəbələr böyük tarixə
malikdir. Biz bu qəsəbələrin
inkişafına xüsusi diqqət göstərməliyik və
burada yaşayan vətəndaşlar bütün lazımi
infrastruktur imkanları ilə təmin edilməlidir. Məqsədim bundan ibarətdir.
Yenə də deyirəm,
son illər ərzində görülmüş işlər
ölkəmizi qabağa aparıbdır. Amma
hələ də narahatedici məsələlər vardır.
Mən istəyirəm ki, 2013-cü ilə qədər,
yəni ikinci Dövlət Proqramının başa
çatması ilə əlaqədar bütün əsas məsələlər
də həllini tapsın.
Burada, əlbəttə
ki, dövlət siyasəti və dövlətin proqramları
xüsusi yer tutur. Ancaq bir də deyirəm ki, görülən
işlərə mütləq nəzarət olunmalıdır.
İctimai nəzarət və əhali tərəfindən
nəzarət. Ona görə sizdən
xahiş edirəm ki, bütün çatışmayan məsələlər
haqqında Prezident Administrasiyasına, icra hakimiyyətinə
müraciət edəsiniz, məlumat verəsiniz.
SAKİN:
Mən ağsaqqallar və ziyalılar adından Sizə
"Xoş gəlmisiniz" deyirəm.
Regionlarda
görülən işləri biz ekranda görürük. Amma biz Sizin
burada gördüyünüz abadlıq-quruculuq işlərinin
əyani sübutunu görürük. İnsan həyatı
üçün zəruri olan sudur, işıqdır,
qazdır, hamısı həll olunub. Mən
kanalizasiya məsələsini xüsusi qeyd etmək istəyirəm.
Bu kanalizasiyanın çəkilməsi həyətlərdəki
su quyularının saflaşmasına səbəb olacaqdır.
Sözümü uzatmıram. Bilirsiniz ki, qalalıların əksəriyyəti -
99 faizi Şüvəlanda yaşayır. Amma
yenə də gözümüz Qala kəndindədir. Əgər açığını desəm, mən
dədə-baba yurdumu yavaş-yavaş
abadlaşdırıram. Sözün
açığı, 90 yaşı xırdalayıram. Demək istəyirəm ki, Siz ki Şüvəlana
belə diqqət və qayğı göstərirsiniz, məndə
yaşamaq eşqi yaranmışdır.
Bir daha xoş
gəlmisiniz, səfa gətirmisiniz. Həmişə gələn
qədəmləriniz var olsun.
Prezident İlham ƏLİYEV: Sağ olun. Allah
Sizə cansağlığı versin.
SAKİN:
Hörmətli Prezident, mən də Şüvəlanın
qadınları adından Sizi salamlayıram, "Xoş gəlmisiniz"
deyirəm.
Biz Sizin
tapşırığınızla Bakı kəndlərinə,
Bakıətrafı qəsəbələrə aid
hazırlanmış proqramı alqışlayırıq.
Ulu öndərimizin
təbirincə desək, hər şey təhsildən
başlayır. Yəni bu gün qəsəbəmizdə
bütün ümumtəhsil məktəbləri, internat məktəbləri,
demək olar ki, əsaslı şəkildə təmir
olunmuş, bəziləri də yenidən qurulmuşdur. Buna görə biz şəxsən Sizə, Mehriban
xanıma böyük təşəkkürümüzü
bildiririk.
Bu gün bizim
Şüvəlan qəsəbəsində gənclərin asudə
vaxtının səmərəli təşkili
üçün yeni böyük stadion
açılmışdır. Gənclərimiz bu
stadionu çox sevirlər, orada məşğul olurlar. Yeni futbol məktəbi yaradılmışdır.
Orada hazırda tikinti gedir. Onun
yanında böyük mehmanxana, böyük idman kompleksi
açılacaqdır. Yaradıcılıq
evləri əsaslı təmir olunmuşdur. Mədəniyyət sarayımız çox gözəl,
müasir standartlara uyğun şəkildə yenidən
qurulmuşdur. Hazırda orada klublar, dərnəklər
təşkil edilib ki, burada gənclərimiz məşğul
olurlar.
Makarenko adına
gimnaziya hazırda əsaslı təmirdədir. Bağçaları, körpələri də yaddan
çıxarmayıblar. Uşaqlar
üçün hazırda üçmərtəbəli
möhtəşəm bağça binası tikilir. Biz onun açılışını səbirsizliklə
gözləyirik.
Şüvəlanda
gözəl parkımız vardır. Vaxtilə Şüvəlan
camaatı parkda dincəlmək üçün şəhərə
gedirdik. Amma indi şəhərdəki qonaqlar
bizə gəlir. Bu park da Sizin sərəncamınızla
yüksək səviyyədə təmir olunmuşdur. Bütün bunlar üçün Sizə son dərəcə
minnətdarlıq, ürəkdən təşəkkür
edirik, Sizə uzun ömür, ailənizlə birlikdə
cansağlığı arzulayırıq.
Prezident İlham ƏLİYEV: Tamamilə düz söyləyirsiniz
ki, həm sosial sahədə, həm də mədəniyyət
sahəsində çox işlər görülübdür. Daha da böyük işlər görülməlidir.
Uşaq bağçaları tikilir, təmir
edilir. Elə etməliyik ki, onların və
məktəblərin səviyyəsi yaxşı olsun. İndi doğrudan da Bakıdan Şüvəlana gəlirlər,
ticarət mərkəzlərinə, istirahət zonalarına.
İndi qəsəbəyə
Bakıdan gələn yolda gözəl körpü tikilir.
Əvvəlki dövrdə o dairələrdə
maşınlar tıxacda gözləyirdilər. İndi dairə yoxdur. Bakıdan
buraya qədər sonuncu dairə Mərdəkan dairəsi idi,
indi o da yoxdur. İndi heç bir dairə
qalmayıb. İndi rahat, gözəl
körpü tikilir. Körpünün bir məqsədi
vardır ki, buraya insanlar rahat gəlsinlər.
Bilirsiniz ki,
körpü tikmək həm texniki cəhətdən çox
çətin məsələdir, həm də ki, çox
böyük vəsait tələb edir. Adətən,
körpüləri daha çox şəhər mərkəzində
tikirlər. İndi şəhərin
müxtəlif yerlərində yeni körpülər tikilib.
Doğrudan da şəhərdən buraya tez gəlmək
mümkündür. Əvvəllər bəlkə
bir saat vaxt lazım idi. İndiki dövrdə
əgər o körpülər olmasa idi, maşınların
artımını nəzərə alsaq, bəlkə bir saat
yarım lazım olacaqdı. Qəsəbələrdə
tikilən körpüləri, yəqin ki, ancaq Azərbaycanda
görmək mümkündür. Biz bunu
ona görə edirik ki, insanlar rahat gəzsinlər. Gələn
il, yəqin ki, Qala yolu da əsaslı təmir
ediləcəkdir. Aeroport şosesindən Qala kəndinə
gedən yol vaxtilə genişləndirilmişdir, ancaq indi əsaslı
təmirə ehtiyac vardır. O yol da gözəl magistral
yolu kimi təmir ediləcəkdir. Bizim
planlarımız çoxdur və planların mərkəzində
insan amili dayanır. Çünki budur
bizim siyasətimizin əsas mahiyyəti. Hər
şey insanlar üçün, insanların yaxşı
yaşaması üçün olmalıdır. Hər bir dövlət məmuru fəaliyyətində
bu məqsədi əsas tutmalıdır.
* * *
Şüvəlan
qəsəbəsində görülən işlərlə
tanışlıqdan sonra dövlətimizin
başçısı Sabunçu qəsəbəsinə gəldi.
Bu il
aprelin 27-də Prezident İlham Əliyev Sabunçu sakinləri
ilə görüşərkən onlar dövlətimizin
başçısından bu qəsəbədən
Bakıxanov qəsəbəsinə və Heydər Əliyev
prospektinə aeroport istiqamətində nəqliyyatın
çıxışını təmin etmək
üçün yeni yolun çəkilməsini xahiş etmişdilər.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev
Sabunçu qəsəbəsindən Bakıxanov qəsəbəsinə
və Heydər Əliyev prospektinə aeroport istiqamətində
nəqliyyatın çıxışını təmin edəcək
yeni yolun keçəcəyi ərazi ilə yerindəcə
Dövlətimizin
başçısının tapşırıqları
qısa vaxt ərzində və yüksək keyfiyyətlə
həyata keçirilmişdir. Bakı Şəhər İcra
Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov
yeni yolun tikintisi barədə Prezidentə məlumat verdi. Bildirildi ki, min metr uzunluğu olan yeni yolda
12 min kvadratmetr asfalt işləri aparılmış, 4 min metr
uzunluğunda səkilərə xaricdən gətirilmiş
qranit döşənmişdir. Yağış
sularının axıdılması üçün 500 metr
uzunluğunda boru xətti çəkilmişdir. Yol boyu xaricdən gətirilmiş işıq dirəkləri
quraşdırılmışdır. Yolun
keçdiyi ərazidə məskunlaşmış 25
qaçqın ailəsi yeni mənzillərlə təmin
edilmişdir. Yolun yatağı 2 metrdən
6 metrə qədər qaldırılmışdır.
Yeni yolun istifadəyə verilməsi 40 min əhalisi olan
Sabunçu qəsəbəsinin Bakıxanov, Qaraçuxur qəsəbələrinə,
Əmircan və Bülbülə kəndlərinə, o
cümlədən Heydər Əliyev prospektinə
çıxışını tam təmin edəcək və
məsafəni xeyli qısaldacaqdır.
Yeni yolla
Sabunçu qəsəbəsi
ictimaiyyətinin nümayəndələri dövlətimizin
başçısını hərarətlə
qarşıladılar.
Prezident İlham ƏLİYEV sakinləri salamlayaraq dedi: Sizi
təbrik edirəm.
SAKİNLƏR: Çox sağ olun. Minnətdarıq.
Prezident İlham ƏLİYEV: Bu yolun çəkilişi onu
göstərir ki, mümkün olmayan şey yoxdur. Biz qısa müddət ərzində - bir ay
keçmədən bu yolu yaratdıq. Özü
də gözəl, keyfiyyətli yoldur və bütün qəsəbəyə
rahatlıq verəcəkdir.
Biz bunu tezliklə
operativ şəkildə həll etdik. Müvafiq göstərişlər
verilmişdi. Belə də
olmalıdır. İnsanları narahat edən
məsələ varsa, onu mən bilməliyəm və onu
tezliklə həll etməliyəm. Bu yolun
çəkilişindən sonra qəsəbəyə gəliş-gediş
çox rahat olub. Yol gözəl,
müasir səviyyədədir.
SAKİN:
Sizi yenidən rayonumuzda görməyimizə çox
şadıq. Bu, bizim üçün çox
böyük şərəfdir. Bu işlər
20 gün müddətində yerinə yetirilmiş və təbii
ki, müxtəlif tədbirlər
görülmüşdür. Qısa
müddətdə 25 məcburi köçkün ailəsi
yaxşı evlərə
köçürülmüşdür. Onlar
çox razıdırlar. Bu qədər
qısa müddətdə belə bir yol çəkilməsinə
görə Sizə çox təşəkkür edirik.
Məsafə beş-altı dəfə
qısalmışdır.
Prezident İlham ƏLİYEV: Gərək ki, siz Zabrat tərəfə
gedirdiniz?
SAKİN:
Bəli.
Prezident İlham ƏLİYEV: Oradan dönürdünüz?
SAKİN:
Bəli, Zabrat tərəfə gedib oradan mərkəzi yola
dönürdük.
Prezident İlham ƏLİYEV: Siz bu yola nə qədər
vaxt sərf edirdiniz?
SAKİN:
Bakıxanov, Bülbülə, Əmircan və Əhmədli
qəsəbələri tərəfə, eləcə də
aeroporta gedən yol 5-6 dəfə qısalmışdır. Bu, bizə - Sabunçu sakinlərinə
böyük hədiyyədir. Bu yola görə
biz Sizə çox təşəkkür edirik. Mən Sabunçunun köhnə sakinlərindənəm.
Biz həmişə şəhərimiz Bakı
ilə fəxr etmişik. Bakı həmişə
gözəl, qonaqpərvər olmuşdur. Bu
gün isə o, daha da gözəlləşir.
Prezident İlham ƏLİYEV: Xoş sözlərinizə
görə sağ olun.
Dövlətimizin
başçısı Bakıətrafı kənd və qəsəbələrdə
abadlıq və quruculuq işlərinin ardıcıl olaraq
davam etdiriləcəyini qeyd edərək işlərin sürətlə
və keyfiyyətlə həyata keçirilməsində
ictimai nəzarəti gücləndirməyin vacibliyini bir daha
vurğulayaraq dedi:
- Burada yaşayan bizim
soydaşlarımız qaçqınlardır. Onları
da biz yaxşı yerlərə köçürdük, onlar
da razıdırlar, əhali də razıdır. Belə məsələlərlə bağlı gələcəkdə
də çox ciddi addımlar atılacaqdır.
SAKİN:
Hörmətli Prezident, mən şəxsən onu deyirəm
ki, Sizi ikinci dəfə Sabunçu qəsəbəsində
görməyimizə həddindən artıq sevinirik. Sabunçu qəsəbəsində Sizinlə
görüşdən sonra sakinlərdə çox
böyük sevinc əhval-ruhiyyəsi yarandı. Sizin o görüşün səhəri günü
poliklinika binasının tikilməsi haqqında verdiyiniz sərəncam
sevincimizi birə-min artırdı. Bir daha ürəkdən
deyirik: Çox sağ olun!
AzərTAc
Azərbaycan.- 2011.-25 may.- S. 1, 2.