İordaniyanın Kralı Əlahəzrət II Abdullah
ibn Al Hüseynə
Əlahəzrət!
Əziz qardaşım!
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-İordaniya dövlətlərarası münasibətlərinin, xalqlarımız və ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, səadət, işlərinizdə uğurlar, qardaş İordaniya xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 9 may 2011-ci il
Azərbaycan.- 2011.-25 may.- S. 1.