Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

"Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycan Respublikası nümayəndələrinin inamlı qələbəsi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Nigar Camal və Eldar Qasımov gözəl mahnı, məlahətli səsləri və parlaq xoreoqrafiya ilə milyonlarla Avropa tamaşaçısının qəlbini fəth etdilər. Onların çıxışı baxımlı və müasir idi, buna görə də Sizin ölkəyə layiqli uğur gətirdi.

Biz Azərbaycanı bu yaradıcılıq zirvəsinə aparan yolun nə qədər uzun və gərgin olduğunu, bu gözəl qələbənin qazanılmasına nə qədər qüvvə və əmək sərf edildiyini bilirik. Belaruslar Nigarın və Eldarın dostları və qardaşları kimi onlara səmimi qəlbdən azarkeşlik edir və onların zəfərinə ürəkdən sevinirdilər.

İnanıram ki, Sizin ölkənin təcrübəsi "Eurovision" müsabiqəsinin belaruslu iştirakçıları üçün faydalı olacaq, gələn il bu müsabiqənin keçiriləcəyi qonaqpərvər Azərbaycan torpağı isə Belarusa da çoxdan gözlənilən uğur gətirəcəkdir.

Sizə, bütün Azərbaycan xalqına möhkəm cansağlığı, uğurlar, xoşbəxtlik və firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

Aleksandr LUKAŞENKO,

Belarus Respublikasının Prezidenti

Minsk, 16 may 2011-ci il

 

Azərbaycan.- 2011.-25 may.- S. 1.