Mayın 28-i Kanadanın Vankuver şəhərində "Azərbaycanın Milli Günü" elan edilmişdir

 

Kanadanın Britaniya Kolumbiyası əyalətinin Vankuver şəhərinin meri Qreqor Robertsonun qərarı ilə mayın 28-i şəhərdə "Azərbaycanın Milli Günü" elan edilmişdir.

Bu barədə AzərTAc-a Azərbaycanın Kanadadakı səfirliyindən bildirilmişdir.

Məlumatda deyilir ki, ötən 91 ildə təxminən 40 milyon azərbaycanlı hər il bu əlamətdar günü bütün dünyada bayram kimi qeyd edir. Azərbaycanlılar bu günü Qafqazda azadlıq demokratiyaya böyük töhfə kimi dəyərləndirirlər.

 

 

Azərbaycan.- 2011.-25 may.- S. 4.