Kaliforniyanın "Sonoma" qəzeti 28 may - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edən sadə amerikalı vətəndaşın məktubunu dərc etmişdir

 

Kaliforniyanın "Sonoma" qəzeti 28 may - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edən Bonnie Kaslan adlı sadə amerikalı vətəndaşın məktubunu dərc etmişdir.

Məktubda bildirilir ki, dünya azərbaycanlıları mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93-cü ildönümünü qeyd edəcəklər. Mövcud olduğu 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyəti parlament də daxil olmaqla, demokratik təsisatlar yaratmış, çoxpartiyalı hökumət qurmuş, ölkənin Millətlər Liqası tərəfindən tanınmasına nail olmuşdur. Hətta ABŞ-dan da əvvəl qadınlara kişilərlə bərabər seçki hüququnun verilməsi və etnik, irqi və dini mənsubiyyətindən asılı olmayaraq, bütün millətlərin mülki bərabərliyini müəyyən edən seçki hüququ haqqında qanunun qəbul edilməsi Azərbaycan demokratiyasının ən böyük nailiyyətlərindən biri olmuşdur.

B.Kaslan Prezident Barak Obamanı və konqresmenləri 28 may - Respublika Gününü qeyd etməyə və müsəlman dünyasında ilk dünyəvi, demokratik dövləti Azərbaycanın tarixi uğuru kimi tanımağa çağırmışdır.

 

 

Azərbaycan.- 2011.-25 may.- S. 4.