Azərbaycan hərbçiləri
Bosniya və Herseqovinada keçirilən
ekspertlərin işçi
qrupunun növbəti görüşündə iştirak
edirlər
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun Arxa Cəbhə İdarəsinin tərəfdaşların arxa cəbhə ekspertlərinin işçi qrupunun görüşündə iştirak edirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hərbçilərimizin bu tədbirdə iştirakı Fərdi Tərəfdaşlıq Planına əsasən təşkil olunmuşdur.
Bosniya və Herseqovinanın Neum şəhərində keçirilən görüş mayın 27-dək davam edəcəkdir.
Azərbaycan.- 2011.-25 may.- S. 6.