"The Guardian" qəzetində Azərbaycana dair
geniş məqalə dərc edilmişdir
"The Guardian" qəzetinin
21 may tarixli nömrəsində məşhur ingilis səyyahı,
eləcə də dünya xalqlarının mətbəxləri
barədə silsilə yazıları ilə tanınan Kevin
Quldun "Bakı və ondan o tərəfə: Azərbaycandakı
yol sərgüzəştlərim" sərlövhəli
geniş məqaləsi dərc olunmuşdur.
Azərbaycanın
palçıq vulkanlarından və ucqar kəndlərindən
yazan K.Quld respublikamızın bölgələrinə səfərə
çıxmazdan əvvəl Bakının İçərişəhərində
olmuşdur. Müəllif Azərbaycanda hər addımda
misilsiz qonaqpərvərliklə
qarşılaşdığını yazır.
K.Quld Lənkəran, Astara və
Şəkinin rəngarəng flora, fauna və dadlı yeməklərindən
bəhs edir.
Bu bölgələri gəzdikdən
sonra səyahətçi Qəbələyə getmiş və
burada İngiltərə yığmasının və
"Arsenal"ın keçmiş oyunçusu, indi isə
"Qəbələ" futbol komandasının məşqçisi
Toni Adams ilə görüşmüşdür.
Kiş kəndində Qafqaz
Alban kilsəsinə və Qubada 3500 dağ yəhudisinin
yaşadığı "Krasnaya sloboda"ya səfər edən
K.Quld Azərbaycanda dini tolerantlığın şahidi
olduğunu yazır.
O, Gəncədə toyda da
iştirak etmiş, Qubada xalça emalatxanası ilə
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə görə məyus
olduğunu qeyd edən müəllif hər kəsin BMT-nin Təhlükəsizlik
Şurasının Ermənistana qarşı tətbiq etdiyi qətnamələrin
yerinə yetirilməməsindən
danışdığının şahidi olduğunu
vurğulamışdır.
K.Quld məqaləni bu
sözlərlə bitirir: "Əgər siz postindustrial
dağıntılar, füsunkar təbiət, ekzotik papaqlar,
xeyirxahlıq və qəribəlik görmək istəyirsinizsə,
Azərbaycana gedin".
Azərbaycan.- 2011.- 25 may.- S. 12.