"Eurovision-2011" müsabiqəsinin qalibləri Almaniya kanalının efirində çıxış etmişlər

 

"Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov Nigar Camal Almaniya telekanalının efirində "ARD Morgenmagazin" şousunda çıxış edərək, Avropada hitə çevrilmiş "Running Scared" kompozisiyasını ifa etmişlər. İngilis dilində gözəl danışan Eldar Qasımov alman dilini yaxşı bildiyini nümayiş etdirmiş, proqramın aparıcısı ilə onun dilində danışmışdır.

Teleşounun süjetini http://youtube.com/watch?v=hVpvAMFT8Ww saytında izləmək olar.

 

 

Vüqar AĞAYEV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.- 2011.-25 may.- S. 8.