Gürcüstanın Prezidenti zati-aliləri cənab Mixeil Saakaşviliyə

 

Hörmətli cənab Prezident!

Əziz dostum!

Ölkənizin milli bayramı - Dövlət müstəqilliyinin bərpası günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Gürcüstanı dərin tarixi kökləri olan möhkəm dostluq və mehriban qonşuluq ənənələri birləşdirir. Bu gün həmin ənənələr yeni məzmunla zənginləşərək xalqlarımızın iradəsini bariz şəkildə əks etdirməkdədir.

Əminəm ki, dost ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də regional təşkilatlar və layihələr çərçivəsində səmərəli əməkdaşlığın müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 9 may 2011-ci il

 

Azərbaycan.- 2011.-26 may.- S. 1.