Əlaqələr genişlənir
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələri Baş Qərargahının Təminat və Təchizat İdarəsinin rəisi general Xəlifə Məhəmməd Səni Ər-Rumeysinin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin (MSN) dəvəti ilə Azərbaycanda səfərdədir.
MSN-dən AzərTAc-a bildirmişlər ki, səfər may ayının əvvəlində Türkiyədə keçirilmiş "İDEF-2011" X Beynəlxalq müdafiə sənayesi sərgisi zamanı əldə olunmuş razılığa əsasən həyata keçirilir. Səfərdən məqsəd BƏƏ Silahlı Qüvvələri Baş Qərargahı ilə Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi və inkişaf etdirilməsidir.
Nümayəndə heyəti səfər çərçivəsində
MSN-in "İqlim" Elmi İstehsalat Müəssisəsi, Elektron Hesablayıcı Maşınlar, "Radioquraşdırma", "Telemexanika" zavodları ilə tanış olmuş, istehsal prosesini yaxından izləmişdir.
Azərbaycan.- 2011.-26 may.- S. 1.