Otto Hauzer "Avropalı olaraq hiss edən düşünən" Azərbaycanın "Eurovision-2012" mahnı müsabiqəsini yüksək səviyyədə keçirəcəyinə əminliyini ifadə etmişdir

 

Almaniyanın Deutsche Presse Agentur xəbər agentliyinin Azərbaycanın Almaniya Federativ Respublikasındakı (AFR) fəxri konsulu Otto Hauzerlə ölkələrimizin tarixi əlaqələri müasir dövrdəki əməkdaşlığı ilə bağlı aparılmış söhbət əsasında "Baden-Vürtemberqdən Azərbaycan üçün şərabçılıq mədəniyyəti" başlıqlı məlumat yaymışdır.

Məlumatda O.Hauzerə istinadla bildirilir ki, 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edəcək Azərbaycanda 200 il əvvəl 400 alman ailəsi məskunlaşmışdır. Bəzi küçələrin indi alman adları daşıdığı həmin yaşayış məskənində İkinci Dünya müharibəsindən əvvəl 20 min alman yaşamışdır.

Azərbaycan dövlətinin dünyanın müxtəlif ölkələrində 5 min azərbaycanlı tələbənin təhsilini maliyyələşdirdiyini bildirən O.Hauzer Almaniya peşə təhsili modelinin Azərbaycanda tətbiq edilə biləcəyini bunun xüsusilə şərabçılıq sahəsində səmərəli olacağını vurğulamışdır. Bundan əlavə, O.Hauzer Azərbaycanda turizmin yenicə inkişaf etməyə başlaması, əhalinin dini tolerantlığının yüksək səviyyədə olması hələ 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının hakimiyyəti dövründə qadınlara seçib-seçilmək hüquqlarının verilməsi haqqında söhbət açır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-26 may.- S. 2.